"Qarabağ"ın futbolçusu Abdulla Zubirin qardaşı Tarek Zubir 1-ci divizionda çıxış edən "Zaqatala"ya transfer olub.
Futbolçu bununla bağlı şəxsi "instaqram" hesabında paylaşım edib. "Football-plus.az" saytı olaraq Tarekdən keçidin detallarını öyrəndik:
"Azərbaycan çempionatından, futbolundan məlumatım var. Burda olmaqdan çox məmnunam. Qış fasiləsində bir çox klublar mənimlə maraqlanırdı. Daha sonra Azərbaycandan da təklifin olduğu deyildi. Menecerimlə qərara gəldik ki, "Zaqatala"da çıxış edim. Qardaşım Abdulla mənə Azərbaycana gəlməyi məsləhət gördü".
Futbolçudan karyerası haqda da soruşduq:
"3 il "Lill"də çıxış etmişəm. Böyük klubdu. Gənc yaşlarımda burda olduğum üçün xoşbəxtəm. Daha sonra "Cournon"da forma geyindim. Son klubum "Rustavi" olub. Hazırda isə "Zaqatala"dayam".
GÜNAY VƏLİYEVA