Parataekvondo üzrə Azərbaycan milli komandası İrana yollanır.
Yığma martın 14-də Tehranda keçiriləcək Asiya regionu üzrə G-2 kateqoriyalı "Prezident kuboku" turnirində iştirak edəcək.
Komandamız yarışda 5 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Röyalə Fətəliyeva (K-44, 47 kq), Sabir Zeynalov (K-44, 58 kq), Sadiq Həmidov (K-44, 63 kq), İmaməddin Xəlilov (K-44, 70 kq) və Əbülfəz Abuzərli (K-44, 80 kq) dayanq üzərinə çıxacaqlar.