Sizin reklam burada

Qurban Qurbanov Millətlər Liqası üçün heyəti açıqladı

Baxış Sayı:775

Qurban Qurbanov Millətlər Liqası üçün heyəti açıqladı
Kosovo MS-nin qapıçısını “milliləşdirdi”
Yığmanın baş məşqçisi Qurban Qurbanov heyəti açıqlayıb. Təcrübəli mütəxəssis Millətlər Liqası çərçivəsində Kosovo ilə sentyabrın 7-də Bakıda və Malta ilə gələn ayın 10-da səfərdəki oyunlar üçün 25 futbolçuya dəvət göndərib. Bu gündən təlim-məşq tolanışına çağırılan oyunçular arasında “Şerif”lə matçda iştirak edəcək “Qarabağ”ın futbolçuları olmayacaq. Debütantlara gəlincə, yalnız Bəxtiyar Həsənalızadə milliyə ilk dəfə dəvət alıb. Rauf Əliyev isə uzun müddətdən sonra yenidən düşərgədə olacaq. Hələ də klub axtarışında olan Araz Abdullayevin siyahıdan kənarda qaldığı da diqqəti çəkir: qapıçılar - Kamran Ağayev (Keşlə), Səlahət Ağayev (Neftçi), Emil Balayev (Səbail); müdafiəçilər - Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov (Neftçi), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (Sumqayıt), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna); yarımmüdafiəçilər - Qara Qarayev, Coşqun Diniyev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hamısı “Neftçi”), Cavid Hüseynov (Qəbələ), Rahid Əmirquliyev (Səbail), Cavid İmamverdiyev (Sabah), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Ertsgebirge”, Almaniya); hücumçular - Mahir Mədətov (Qarabağ), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rauf Əliyev (Qəbələ), Ruslan Qurbanov (Səbail).
Bu arada yığmanın yeni formaları təqdim olunub. Milli ev oyunlarına göy rəngli formada çıxacaq. Səfər matçları üçün isə qırmızı rəng seçilib. Geyimlər “Nike” şirkətinin istehsalıdı. Xatırladaq ki, AFFA-nın “feysbuk” səhifəsində bir müddət öncə məhz yeni formaların anonsu üstüörtülü, “o yoldadı” şəklində verilmişdi.
Yeri gəlmişkən, Kosovo yığması MS-nin qapıçısı Ariyanet Muriçi “milliləşdirib”. Kosovolular bunu turnirin startı - millimizlə Bakıdakı qarşılaşma ərəfəsində reallaşdırıb. Kosovo Futbol Federasiyası rəsmi açıqlamasında bildirib ki, Miriç bir neçə aylıq danışıqlardan sonra yığmada çıxış etməyə razılıq verib. İsveçrədə doğulan futbolçu Monteneqro əsillidi. Daha əvvəl bu ölkənin U-21 yığmasına cəlb olunan gənc oyunçu atasının vətəni Kosovonu təmsil etməyə razılaşıb. Onun valideynləri İsveçrəyə Albaniyadan köçüblər. Boyu 1,98 metr olan qolkiper MS-nin U-23 komandasında çıxış etməklə yanaşı, premyer-liqa üçün də sifariş olunub.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR