Sizin reklam burada

Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq

Baxış Sayı:439

Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq
Yığma yanvarın 30-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Bu, Qurban Qurbanovun millidəki ilk oyunudu. Ancaq bizim kimi, rəqib da tam heyətlə oynamayacaq. Belə ki, klubların bir çoxu FİFA-nın “pəncərə”sinə düşməyən bu yoxlama matçı üçün futbolçusunu buraxmaq niyyətində deyil. Elə Moldova yığmasının üzvü, Hayfa “Hapoel”inin formasını geyən Radu Ginsari də açıqlamasında bu məqama toxunub: “Milli üçün mənə federasiyadan dəvət gəlməyib. Bəlkə də İsraildə çempionat davam etdiyi və yığmanın oyunları FİFA-nın “pəncərə”sindən kənarda olduğu üçün çağırılmamışam. Nəzərə alaq ki, komandam İsrail birinciliyində çempionluğa oynayır. Klubun məni buraxmayacağını düşünürəm. Yəqin ki, bu toplanışda yığmanın yeni baş məşqçisi Aleksandr Spiridon qarşıya qoyulan hədəflə bağlı fikirlərini uşaqlara izah edəcək. Rəqiblərə qiymət vermək mənim üçün çətindi. Cənubi Koreya və Azərbaycanla matçlarda baş məşqçi oyunçularla tanış olmaq və onları iş başında görmək imkanı qazanacaq. Bundan əvvəlki baş məşqçinin ciddi və qətiyyətli olmadığını deyə bilmərəm. Hər kəs maksimum hədəfə çatmaq istəyir. Yeni baş məşqçiyə uğurlar arzulayıram və ümid edirəm ki, o, millidə uğurlu nəticələr əldə edəcək. Hər bir futbolçu və bütün ölkə bunu istəyir”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR