Sizin reklam burada

“Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq”

Baxış Sayı:231


Yurçeviç Xorvatiyanın dərdini çəkir
"Nə vaxtsa belə qərarla rastlaşdığımı söyləyə bilmərəm. Baş hakim dərhal əllə oyun göstərdi. Halbuki futbolçum “təmiz” qol vurmuşdu. Sonradan hakim özü mənə haqsız olduğunu etiraf etdi" - bu sözlər yığmamızın baş məşqçisi Nikola Yurçeviçə məxsusdu. Xorvat mütəxəssis Macarıstan ilə səfərdə keçirilən oyunla bağlı "Sportske novosti"yə açıqlama verib. O uzatma dəqiqələrində Bəhlul Mustafazadənin vurduğu “təmiz” qolu saymayan hollandiyalı baş hakim Dennis Hiqlerin üzrxahlığını mənasız adlandırıb: "Gənc və yaxşı referidi, üzrxahlığını qəbul etdim. Hərçənd bu mənə lazım deyildi. Bu qolu saysaydı, Xorvatiyaya da final mərhələsinə yüksəlməkdə kömək edərdi. İndi hər şey çətinləşdi. Amma əminəm ki, Xorvatiya növbəti turda Slovakiyanı məğlub edərək, mərhələ adlayacaq. Hər halda, hazırda qrup lideridi".
Yurçeviç cari seçmə mərhələdə son iki oyundan gözləntilərini də açıqlayıb: "Rəqiblərimizin hamısı bizimlə görüşlərdə xal toplasalar da, yenə əlimizdən gələni edəcəyik. Xorvatiyadan xal almışıq, Macarıstanda da bunu etməliydik. Hər bir oyun bizim üçün yeni motivasiyadı. Son 180 dəqiqədə Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq".
Qeyd edək ki, yığmamız noyabrın 16-da Uelsi qəbul edəcəksə, bundan üç gün sonra Slovakiyanın qonağı olacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR