Reportaj - Football-plus.az
“Sabah” “Qarabağ”ı titulsuz qoydu!
Sabah (Bakı) – Qarabağ (Ağdam) 2:1 (0:0)
Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev (99. Patrik Mbina, 74), 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Cesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Qarabağ: 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 20. Kadi Borges (10. Abdulla Zubir, 90), 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade (97. Fabian Buntiç, 41), 35. Pedro Bikalyo, 11. Emmanuel Addai (22. Musa Qurbanlı, 90), 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 9. Xoni Montiel, 21. Aleksey Kaşuk, 24. Ceremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
Qollar: K.Duran, 59 (0:1). V.Simiç, 79 (1:1). P.Mbina, 88 (2:1).
Vərəqələr: İ.Noqeyra, 11 (hakimin qərarına etiraz). S.Solvet, 11 (qeyri-idman hərəkəti). S.Pokatilov, 17 (hakimin qərarına etiraz). A.Maluda, 44 (hakimin qərarına etiraz). K.Duran, 90+5 (hakimin qərarına etiraz). M.Yankoviç, oyundan sonra (hakimin qərarına etiraz). M.Qurbanlı, oyundan sonra (hakimin qərarın etiraz) – sarı. M.Koxalski, 37 (rəqibi aşkar qoldan məhrum etdiyinə görə). M.Yankoviç, oyundan sonra (hakimin qərarına etiraz) – qırmızı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu (hamısı Bakı).
VAR hakimi: Kamranbəy Rəhimov (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
22 aprel. Bakı. “Bank Respublika Arena”. 8730 tamaşaçı (8900 yerlik).
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
İlk oyundan fərqli bu dəfə bütün oxlar “Sabah”ı göstərirdi. İstər doğma meydan amili, istər tarixində ilk dəfə “qızıl dubl”a bu qədər yaxın olmaq, istər son 8 oyunda “Qarabağ”a uduzmamağın yaratdığı psixoloji üstünlük, istərsə də komandadaxili əhval-ruhiyyə. “Köhlən atlar”la bağlı vəziyyət isə aydındı. “Tofiq Bəhramov”da keçirilən ilk matçdan sonra da yazmışdıq ki, mütləq dəyişikliyə ehtiyac var. Düzdü, Qurban bəy də bunu təsdiqləmişdi. Lakin yeganə yenilik start heyətində Zubirin yox, Addainin yer alması oldu. O başqa məsələ ki, fərqli çıxış yolu görünmürdü. Bəlkə hadisələrin axarına müdaxilələr işə yaraya bilərdi ki, burda da yubanma baş verdi.
Halbuki nəticə özünü əvvəldən büruzə verirdi. 12-ci dəqiqədə Addai ilə Bikalyonu ötən Lepinitsa cərimə meydançasının qövsü üzərindən “çərçivə”ni nişan almaq istəyirdi ki, Silvanın müdaxiləsi uğurlu alındı. Ardınca Koxalski Zedadkanın uzaqdan ötürməsini qarşılamağa hazırlaşan Simiçi qabaqladı. “Çərçivə”yə ilk zərbə də “Sabah”dan gəldi. Düzdü, Velkonun göndərdiyi topu başla tora qovuşdurmaq istəyən Mikels də qapıçıyla bacarmadı. Lakin təhlükənin xəbərçilərinə qulaq tıxamaq “Qarabağ”a baha başa gəldi. “Bayquşlar”ın 37-ci dəqiqədəki hücumu qonaqların azlıqda qalmasıyla nəticələndi. Buna Koxalskinin sürətlə cərimə meydançasına daxil olmağa çalışan Simiçi kobudluqla aşkar qol imkanından məhrum etməsi səbəb oldu. Belədə Andrade Buntiçlə əvəzləndi. Başqa sözlə, 2-ci hissə “Qarabağ” üçün əsl həqiqət anına çevrildi!
Fasilədən qayıdan “Sabah”ın rəqibin qapısına yol tapması üçün çox vaxt lazım olmadı. Cəmi 5 dəqiqə sonra Maludanın qapıya paralel ötürməsini qolla tamamlayan İsayev komandasını sevindirdi. Amma topu Mikelsdən qəbul edən Maludanın oyundankənar vəziyyətdə olması “bayquşlar”ı məyus etdi. Hesab gözlənilməyən anda açıldı. Ona görə ki, 59-cu dəqiqədə Duran Raxmonaliyevin qeyri-dəqiqliyi üzündən “kürə”ni ələ keçirən Addainin ötürməsindən maksimum faydalandı. Elə “bayquşlar” da fərdi səhv sayəsində qol vurdu. Düzü, 79-cu dəqiqədə yaşanan epizodda Maluda fərqlənməyə yaxın idi. Lakin rəqibə mane olmaq istəyən Medina səhvən Simiçə fürsət yaratdı. Təbii ki, serbiyalı belə imkanı qaçıra bilməzdi. 88-ci dəqiqədə isə Mbina komanda yoldaşının uğurunu təkrarladı. Mikelsin ötürdüyü topu başla “çərçivə”dən keçirən qabonlu həm də yeni komandasında ilk dəfə fərqləndi. Düzdü, o, 90+3-cü dəqiqədə yenə qapıya dəqiq zərbə vurdu. Ancaq bu dəfə də Maluda oyundankənar vəziyyətdə idi. Bir neçə saniyə sonra Mikels də topu tora qovuşduranların, daha doğrusu, qolu sayılmayanların sırasına qoşuldu. Çünki almaniyalı Simiçin ona ötürmə etdiyi anda ofsaydda idi. 90+6-cı dəqiqədə gərginlik son həddə çatdı. Belə ki, top hesabı bərabərləşdirməyə çalışan Duranın zərbəsindən sonra Simiçin qoluna dəydi. “Qarabağ” camiəsinin penalti gözlədiyini anda fiti səsləndirən Rəvan Həmzəzadə “Sabah”ın finala vəsiqə qazanmasını, “Qarabağ”ın isə mövsümü titulsuz başa vuracağını rəsmiləşdirdi.
"Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Komandamı təbrik edirəm. Çox güclü rəqibə, Çempionlar Liqasının əsas mərhələsində çıxış etmiş komandaya qalib gəlmək çox çətin idi. Oyunçularıma böyük hörmətlə yanaşıram. Bilirdik ki, bizim üçün ağır oyun olacaq. Birinci hissədə daha çox istəkli olan, istədiklərini həyata keçirən tərəf idik. İkinci hissədə komandamın verdiyi reaksiya xoşuma gəldi. Qələbəyə layiq çıxış etdik. Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı. İkinci hissədəki oyun nümunəvi idi. Hansısa akademiyalarda, məşqçi kurslarında göstəriləcək oyundu. Sabahdan etibarən bərpa məşqlərimizə başlayacağıq. Kubokun yarımfinalında da eyni rəqiblə qarşılaşacağıq. Hər iki komandanın böyük istəyi var. Yenə final təcrübəsi yaşamaq istəyirik.
- "Qarabağ" Avropada və yerli liqada rəqiblərin qapısı qarşısında çox sadə şəkildə epizodlar yarada bilən komandadı. Bu gün hansı detalları yaxşı işlədiz ki, epizod yarada bilmədilər?
- Detallar barədə danışsaq, çərşənbəyə qədər danışaram. Bu detalları icra etmək üçün mənə görə iki ən önəmli prinsip var. Bunlarda biri ürəyini meydanda qoymaqdı. Çox şey danışa bilərsən. Amma oyunçular qaçmayacaqsa, oyuna köklənməyəcəksə, xeyri olmayacaq. İkincisi, formalarındakı adlardı. Elə etməlidilər ki, ailələri, övladları, hər kəs onlarla qürur duysun. Bu futbolçuları məşq etdirməkdən məmnunam. 26-27 oyundu ki, uduzmuruq. Sizi bizim məşqlərə dəvət etsəm, görərsiz ki, bəzən məşqlərdəki intensivlik, mübarizlik oyunlardakından da çox olur. Bu davranış belə qələbələrdə açardı. Hamısı mənim oyunçularımın əməyidi.
- Çempionlar Liqasında "Sabah"ın üzərinə böyük yük düşəcək. Sizcə, komanda bunun öhdəsindən gələ biləcək?
- Hazırda bu barədə düşünmürük. Heç bilmirik ki, hansı komandalarla qarşılaşacağıq. Daha çox öz oyunlarımıza köklənirəm. Səhvləri axtarıram. Çərşənbə günü çox yaxşı çıxış edib, yenə finala çıxmalıyıq.
- Mikelsin durumu necədi?
- Bilmirəm. Bu barədə tibbi heyətlə danışmalıyam. Ciddi zədəyə oxşayır. Xəstəxanaya aparırlar.
- Dediz ki, məşqlərə gəlsəz, futbolçuların döyüşkənliyini görərsiz. Təklif edirəm ki, "Qarabağ"la oyundan öncə media və azarkeşlər üçün açıq məşq keçirəsiz..
- Qarşıda intensiv məşqlər olmayacaq. Çünki 2 bərpa məşqi keçəcəyik. Məndən asılı deyil, ancaq rəhbərliklə danışmaq olar. Niyə də olmasın? "Qarabağ"la oyundan əvvəl söz vermirəm. Digər matçlardan qabaq danışmaq mümkündü.
- Sizə görə Abdulla Xaybullayev qəhrəmandı, yoxsa antiqəhrəman?
“Qarabağ” Şamaxıda daha iki xal itirdi
1. Rikardo Fernandes – 6,0
82. Rüfət Abbasov – 5,5
4. Sezar Enrike – 5,0
44. David Santos – 5,0
3. Vladislav Veremeyev – 5,0
5. Arsen Ağcabəyov (k) – 5,5
7. Edqar Adilxanov – 5,0
(8. Alfons Msanqa, 59) – 4,5
97. Oruc Məmmədov – 5,5
(27. Emil Süleymanov, 86) – qiymətsiz
13. Rikardo Apolinario – 5,0
2. Abdulla Rzayev – 5,0
(10. Andrey Tırkovyanu, 79) - qiymətsiz
19. Abdullahi Şuaybu - 5,5
(80. Həbib İsmayılov, 59) - 4,5
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
17. Rafael Məhərrəmli
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
88. Rodriqo Fernandeş
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rikardo Fernandes
99. Mateus Koxalski – 5,0
44. Elvin Cəfərquliyev – 5,0
81. Kevin Medina – 5,0
2. Mateus Silva – 4,5
30. Abbas Hüseynov – 4,5
(27. Toral Bayramov, 67) – 5,0
9. Joni Montiel – 4,5
35. Pedro Bikalyo – 4,5
10. Abdullah Zubir (k) – 5,0
(8. Marko Yankoviç, 72) – qiymətsiz
20. Kadi Borges – 5,0
(22. Musa Qurbanlı, 67) – qiymətsiz
15. Leandro Andrade – 5,0
17. Kamilo Duran – 5,5
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
97. Fabian Buntiç
24. Jeremi Qnali
55. Bədavi Hüseynov
32. Hikmət Cəbrayılzadə
77. Ramil Şeydayev
21. Aleksey Kaşuk
11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Kamilo Duran
Vərəqələr: Ş.Məhəmmədəliyev, fasilədə (qeyri-idman hərəkəti). K.Borges, 62 (qeyri-idman hərəkəti). K.Duran, 63 (hakimin qərarına etiraz). H.İsmayılov, 82 (qeyri-idman hərəkəti). R.Fernandes, 89 (oyunun bərpasının ləngidilməsi). M.Yankoviç, 89 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli (hamısı Bakı).
VAR: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
11 aprel. Şamaxı. Şəhər stadionu. 2100 tamaşaçı (2200 yerlik).
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
“Sabah”la çempionluq uğrunda mübarizə aparan “Qarabağ” bu tur Şamaxıya yollanmışdı. “Köhlən atlar”ın bu stadiona əvvəlki iki səfəri dumanlı-qarlı hava şəraitinə təsadüf etmişdi. Bu dəfə durum fərqli idi. İnqilab Məmmədovun start fiti səslənərkən Şamaxıda sakit və günəşli hava hər kəsin könlünü oxşayırdı.
Artıq 1-ci dəqiqədə “Qarabağ” hesabı aça bilərdi. Amma Rikardo yaxşı reaksiya göstərib, Andradenin zərbəsindən sonra “çərçivə”yə gedən topun istiqamətini dəyişə bildi. Bu epizod “Qarabağ”ın hesabı erkən açmaq istəyinin göstəricisi idi. Heç də təsadüfi deyil ki, ilk 10 dəqiqədə ağdamlılar meydanın rəqibə aid hissəsini “işğal edib”, topa nəzarəti də əlində saxlayırdı. Topa və meydana nəzarət “Qarabağ”da olsa da, “Şamaxı”nın qapısına dəqiq zərbə vurmaq mümkün olmurdu. 12-ci dəqiqədə Duran hesabı açmağa yaxın olsa da, zərbə anını xeyli gecikdirdi. Belədə ona müdaxilə edən “Şamaxı”nın müdafiəçiləri ilə birlikdə yerə yıxılıb, zədələnən ayağını tutdu. Cəmi iki dəqiqə sonra meydan sahibləri hesabı açmaq üçün əla fürsət qazandı. Bu fürsət Medina ilə Koxalskinin anlaşmazlığından sonra Şuaybunun ayağına düşdü. Özü də bu hədiyyəni gözləmən Abdullahi qapıya dəqiq zərbə vura bilmədi.
Az sonra “Şamaxı” daha bir şans qazandı. Rüfət Abbasovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapıdan azca aralı keçdi. Bu dəqiqələrdə meydanda bərabərsəviyyəli oyunun getdiyini qeyd etməliyik. Rəqibin start təzyiqini geridə qoyan “Şamaxı” bir qədər ürəklənmiş, “Qarabağ”ın həmlələrinə cavab verməyə başlamışdı. Hissənin ortalarına qədər bu ssenarini izlədik və oyunun sürəti yavaş-yavaş aşağı düşməyə başladı. Bu da öz növbəsində həm təhlükəli həmlələrin, həm də hücum cəhdlərinin sayının minimuma enməsinə səbəb oldu. Yarımsaatın tamamında oyun artıq bütünlüklə meydanın mərkəzində gedirdi ki, bu da daha çox “şirlər”in ürəyincə idi. Hissənin sonlarına doğru “köhlən atlar” bir qədər fəallığı artırıb, fasiləyə öndə yollanmaq istəyini ortaya qoydu. Amma qapıya dəqiq zərbənin olmaması bu istəyi əngəllədi və komandalar fasiləyə qolsuz bərabərliklə yollandılar.
İkinci hissənin əvvəli elə birinci hissənin davamı idi. İlk təhlükə yenə “Qarabağ”dan gəldi, amma qapıya doğru həmlə künc zərbəsi ilə yekunlaşdı. 51-ci dəqiqədə Şuaybu daha bir imkanı qaçırdı. Onun zərbəsi qüvvətli və Koxalski üçün gözlənilməz alındı. Amma zərbə “çərçivə”dən yan keçdi. Üç dəqiqə sonra “Qarabağ” cərimə zərbəsi vurmaq hüququ qazandı. Montielin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top “canlı sədd”ə “ilişdi”. Dəqiqələr irəlilədikcə oyunun sürətinin yerinə meydandakı gərginlik artırdı. Bu gərginlik də zaman-zaman özüylə kobudluq gətirirdi, futbolçular tez-tez zədələnib yerdə qalırdılar. Oyunun axarından narazı qalan Qurban Qurbanov birdən-birə iki əvəzetmə həyata keçirdi. Toral Bayramovla Musa Qurbanlının “döyüşə atılması” “Qarabağ”ın hücumlarının sürətinin artmasına hesablanmışdı. Çalışdırıcı müəyyən mənada istəyinə çatdı. 71-ci dəqiqədə “Qarabağ”ın təhlükəli hücumu zamanı sürətlə cərimə meydançasına daxil olan Toral üzündən zərbə alaraq yerdə qaldı. İnqilab Məmmədov VAR-la qısa məsləhətləşmədən sonra oyunu davam etdirdi. Bu dəqiqələrdə oyun əsasən meydanın “Şamaxı”ya aid hissəsində gedirdi. Di gəl ki, ardıcıl künc zərbələri, qapıya həmlələr nəticəsiz qalırdı.
79-cu dəqiqədə hesab açıla bilərdi. Künc zərbəsindən sonra Yankoviçin “çərçivə”yə ünvanladığı topu Rikardo qapı xəttinin üzərində tutdu. 88-ci dəqiqədə Rikardo “Şamaxı”nı daha bir qoldan xilas etdi. Qapıçı Duranın yaxın məsafdən vurduğu zərbəyə əla reaksiya göstərdi. Hücumçuların “dişsizliyini” görən Medina özü irəli atırıb, rəqibin cərimə meydançasında aləmi bir-birinə qatdı. Onun köməyinə gələn komanda yoldaşlarının cəhdləri künc zərbəsi ilə yekunlaşdı. Bu cəhd də nəticəsiz qaldı. Belədə İnqilab Məmmədovun finalı fiti görüşün qolsuz heç-heçə ilə bitməsini rəsmiləşdirdi.
Rauf Rüstəmli “Kəpəz”i darmadağın etdi
99. Pedro Mateuş – 6,0
21. İmani Barker – 6,0
5. Emin Rüstəmov – 6,0
33. Eltun Turabov – 7,0
13. Vüsal Məsimov – 6,5
(37. Mois Nqvisani, 83) – qiymətsiz
6. Vadim Abdullayev (k) – 5,5
16. Rauf Rüstəmli – 7,5
2. Şakil Sno – 6,0
11. Kayl Spens – 7,0
(10. Samuel Durrant, 83) – qiymətsiz
20. Coy Sleyd Mikels – 6,0
(17. Samir Abdullayev, 83) – qiymətsiz
14. Uğur Cahangirov – 6,0
(19. Tompson Qavi, 71) – 5,0
Ehtiyat oyunçular
1. Kamran İbrahimov
25. Əmrah Bulud
8. Peter Kings
4. Olavale Doyeni
Baş məşqçi: Fizuli Məmmədov
Komandanın ən yaxşısı: Rauf Rüstəmli
33. Yusif İmanov – 6,0
14. Adama Fofana – 5,0
24. Olavale Onanuqa – 4,5
4. Mate Abuladze – 5,0
7. Ehtiram Şahverdiyev – 5,5
(5. Rauf Hüseynli, 83) – qiymətsiz
12. Mahamadu Ba – 5,5
88. Şakir Seyidov – 5,5
6. Camal Cəfərov – 5,0
(17. Ümid Səmədov, 46) – 5,5
77. Fərid Nəbiyev – 6,5
(99. Əli Səmədov, 83) – qiymətsiz
11. Rəhman Hacıyev – 6,0
9. Luis Paçu (k) – 6,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
21. Sadiq Şəfiyev
80. Şahnur İsmayılov
57. Amur Yusifov
10. Rinosuke Ohori
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Fərid Nəbiyev
Qollar: R.Rüstəmli, 38 (1:0, K.Spens). R.Rüstəmli, 45+1 (2:0, K.Spens). F.Nəbiyev, 49 (2:1, L.Paçu). E.Turabov, 65 (3:1,V.Məsimov). R.Rüstəmli, 90+4 (4:1).
Vərəqələr: O.Onanuqa, 31 (qeyri-idman hərəkəti). E.Şahverdiyev, 38 (hakimin qərarına etiraz). İ.Barker, 50 (qeyri-idman hərəkəti). E.Turabov, 86 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: NİCAT İSMAYILLI, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev (hamısı Bakı).
VAR hakimi: Emin Əliyev (Bakı).
VAR hakiminin köməkçisi: Elçin Məsiyev (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Novruz Əzimov (Bakı).
10 aprel. Yevlax. Şəhər stadionu. 2500 tamaşaçı (6000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Afişada autsayderlərin duelinin maraqlı keçəcəyini yazsaq da, bu qədərini ağla gətirməmişdik. Əlbəttə, favoritlər heç də həmişə qələbə qazanmır. Lakin kimsə əvvəlcədən “Qarabağ”dan xal alandan sonra “Qəbələ”yə uduzan “Kəpəz”in mövsüm ərzində cəmi bir qələbəsi olan “Karvan-Yevlax”a böyük hesabla uduzacayını desəydi, ona gülərdik. Hələ onu demirik ki, yevlaxlıların vitse-prezidenti Kənan Kərimovun oyundan əvvəl qəzetimizə verdiyi “Kəpəz”lə oyun bizim üçün dönüş nöqtəsi olacaq” açıqlamasını bir çox gəncəli azarkeş gülüşlə qarşılamışdı.
Düzdü, matç “sarı-göylər” üçün pis başlamadı. Yusif 6-cı dəqiqədə Mikelsin, bir qədər sonra Onanuqanın zərbələrini zərərsizləşdirdi. Bəli-bəli, düz oxuduz, çünki qolkiper nigeriyalının qeyri-dəqiq ötürməsindən sonra topa vaxtında yiyələndi. Əks halda, Mikels növbəti dəfə bəxtini sınaya bilərdi. 32-ci dəqiqədə bir daha hücuma keçən meydan sahibləri yenə uğursuz oldu. Burda təxminən 15 metr məsafədən cərimə zərbəsini yerinə yetirən Vüsal qeyri-dəqiqliklə yadda qaldı. Yevlax təmsilçisi qol istəyinə 38-ci dəqiqədə çatdı: Spensin ötürməsini qəbul edən Rauf cərimə meydançasına daxil olar-olmaz topu tora qovuşdurdu. Belədə “Kəpəz”in daha fəal oyununa şahidlik edə bilərdik. Ancaq meydan sahiblərinin fərqi artırması planı pozdu. Daha doğrusu, Rauf Spensin 45+1-ci dəqiqədə etdiyi ötürmədən də maksimum faydalandı.
İkinci hissə “Kəpəz”in fərqi azaltmasıyla başladı. 48-ci dəqiqədə cərimə meydançasına daxil olan “sarı-göylər” Paçunun ötürməsi, Fəridin qolu sayəsində dönüş imkanı əldə etdi. İş ondadı ki, yevlaxlılar gəncəlilərə şans tanımaq niyyətində deyildi. Rəqibi küncə sıxan komanda 57-ci dəqiqədə Mikelsin ardıcıl zərbərləriylə üstünlüyünü möhkəmləndirməyə çalışsa da, Yusif hər iki təhlükəni sovuşdurdu. Bir qədər sonra Rauf het-trik müəllifi olmağın astanasından döndü. Daha dəqiqi, Yusif yenə vəzifəsinin öhdəsindən gəldi. Ardınca qolkiperin Mikelsin daha bir zərbəsini dəf etdiyini görsək də, Eltun adını tabloya yazdırdı. O, bunu Vüsalın ötürdüyü topu cərimə meydançasının kənarından birbaşa “çərçivə”yə göndərməklə bacardı. Son nöqtəni isə Rauf qoydu. Onanuqanın qeyri-dəqiq ötürməsi üzündən topu ələ keçirən gənc müdafiəçi 90+4-cü dəqiqədə het-trikə imza atdı.
Beləliklə, “Karvan-Yevlax” sona 6 tur qalmış premyer-liqada qalmaq ümidini az da olsa, dirçəltdi.
Kadi – Umarali 2:2
Qarabağ (Ağdam): 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 2. Mateus Silva, 18. Dani Bolt, 10. Abdulla Zubir (k) (11. Emmanuel Addai, 75), 9. Xoni Montiel, 35 (8. Marko Yankoviç, 75). Pedro Bikalyo, 15. Leandro Andrade (22. Musa Qurbanlı, 80), 20. Kadi Borges, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 24. Jeremi Qnali, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah (Bakı): 92. Stas Pokatilov (k), 27. Timoteuş Puxaç, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 80. Akim Zedadka, 19. Aron Maluda (10. Aleksey İsayev, 67), 13. İvan Lepinitsa (6. Abdulla Xaybullayev, 89), 7. Umarali Raxmonaliyev, 21. Velko Simiç, 11. Kahim Parris (99. Patrik Mbina, 86), 9. Xəyal Əliyev (20. Coy-Lens Mikels, 67).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 2. Amin Seydiyev, 53. Andrey Santos, 17. Tellur Mütəllimov, 22. Zinədin Uld Xaled, 70. Cesse Sekidika, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
Qollar: U.Raxmonaliyev, 23 (0:1). K.Borges, 29 (1:1). K.Borges, 60 (2:1). U.Raxmonaliyev, 65-p. (2:2).
Vərəqələr: R.Daşdəmirov, 14 (qeyri-idman hərəkəti). X.Montiel, 47 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 80 (qeyri-idman hərəkəti). A.İsayev, 86 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
3 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 21000 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Bu iki komandanın oyununun maraqlı və gərgin mübarizə şəraitində keçəcəyini düşünmək üçün hər cür əsas var idi. Ölkənin ən güclüləri olması öz yerində, “Qarabağ” ötən il kubokun finalında məhz “Sabah”a uduzub, bu mövsüm də çempionluğu “bayquşlar”a vermək üzrədi...
Artıq 2-ci dəqiqənin tamamında Cəfərquliyevin ötürməsindən sonra Duranın zərbə mövqeyinə çıxması heç bir kəşfiyyatın olmayacağını, komandaların xoşbəxtliyi hücumda axtaracağını göstərdi. “Çərçivə”yə ilk zərbə isə künc zərbəsi yerinə yetiriləndən sonra Kadidən gəldi, sadəcə, Pokatilov yerində idi. 15-ci dəqiqədəki növbəti təhlükəli vəziyyət zamanı da Kadi ön plana çıxdı, ancaq Andradenin ötürməsindən sonra elə bərbad zərbə vurdu ki, deməyə dəyməz. Bir qədər sonra braziliyalı komandasının antiqəhrəmanı olmaq yolunda növbəti addımı atdı. Deməli, Bolt topu autdan oyuna daxil etdi, Simiç onu Kadidən “oğurlayaraq” irəlilədi, Parrisə, o da Xəyala ötürmə verdi, Xəyalın zərbəsini Koxalski ənənəvi şəkildə önünə qaytardı, Umarali rahatca hesabı açdı. Və bu məqamda Kadidə metamorfoza baş verdi. Qoldakı kobud səhvini yumağa çalışan braziliyalı qisas hissi ilə alışıb-yanan pələngə çevrildi. 29-cu dəqiqədə səhv növbəsi Solvetə çatdı. “Qarabağ”ın hücumu zamanı Pokatilov Andradenin təhlükəli ötürməsini dəf etdi, topa yiyələnən Zedadka və onün ötürmə verdiyi Solvet təhlükəni sovuşdura bilmədi. Daha doğrusu, fransalı müdafiəçi topu səliqəsiz şəkildə çıxardı, ardından Cəfərquliyevin ötürmə-zərbəsindən sonra top Kadinin ayağına gəldi, braziliyalı Rəhmanın müqavimətinə rəğmən, fərqlənə bildi. Top qapıdan keçməsəydi, referi “nöqtə”ni göstərəcəkdi. “Qarabağ” hissənin sonuna qədər 2-ci qolu da vura bilərdi. 39-cu dəqiqədə Andrade sağ cinahdan cərimə meydançasına asma etdi, Pokatikovu da keçən topa Duran toxunmağa borclu idi, amma bacarmadı. Ümumiyyətlə, kolumbiyalı cümə günü ən zəif oyunlarından birini keçirdi. 43-cü dəqiqədə isə Montiel penalti nöqtəsi yaxınlığından qapının boş küncünə düşə bilmədi. Hissənin son saniyələrində “Sabah” “Qarabağ”ı həyəcanlandırdı. Puxaçın cərimə zərbəsi zamanı top dirəkdən döndü.
2-ci hissə də ağdamlıların hücumlarıyla başladı. Hətta ilk 15 dəqiqədə az qala təkqapı oyun getdi. Bu üstünlük 60-cı dəqiqədə hesabda da əksini tapdı. Cərimə meydançasının qövsündən bir qədər arxada Montieldən ötürmə alan Kadi heç kimin gözləmədiyi halda qapını “nişan aldı” – 2:1.
“Turan Tovuz”u Əliyar Ağayev yıxdı, “Zirə” vurdu
Turan Tovuz – Zirə 0:2 (0:0)
Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç (17. Rəhim Sadıxov, 28), 88. Faiq Hacıyev (k) (3. Enrike Silva, 73), 23. Alexandro Serrano, 90. Joarlem Batista, 15. Emmanuel Hakman, 32. Hayderson Urtado, 7. Xorxe Silva, 19. Roberto Olabe (11. Ayxan Hüseynov, 73), 9. Coş Cinnelli (99. İbrahima Vaci, 59), 2. Mark Rene Mampassi (5. Roderik Miller, 59).
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 8. David Tavareş.
Məşqçi: Yunis Hüseynov.
Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev (93. Brahim Konate, 67), 32. Qismət Alıyev (k), 26. Stefan Aka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov (11. Junior Martins, 73), 30. Rikardo Martins, 20. İssa Cibrila (5. Ange Mutsinzi, 67), 17. Ayron Qomis (28. Leroy Mikels, 81), 22. Ərən Aydın (8. İsmayıl İbrahimli, 81).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 10. Georgi Papunaşvili.
Baş məşqçi: Rəşad Sadıqov.
Qollar: Ə.Aydın, 55 (0:1). L.Mikels, 89 (0:2).
Vərəqələr: R.Renato, 23 (qeyri-idman hərəkəti). Ə.Aydın, 81 (oyunun bərpasının ləngidilməsi). T.Silva, 90+1 (oyunun bərpasının ləngidilməsi) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).
3 aprel. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 400 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Premyer-liqadakı duruma əsasən “Turan Tovuz” qismən cütün favoriti sayılırdı. Ən azı “bozqurd”un ilk oyunda “Zirə”yə uduzacağı proqnozlaşdırılmırdı. Ancaq “qartallar” təəccübləndirməyi bacardı. Düzdü, oyun ətrafında çoxlu söz-söhbət var. Müxtəlif iddialar, xüsusən, tovuzluların İdarə Heyətinin sədri Ehtiram Quliyevin sensasiyalı açıqlamaları bir neçə gündü gündəmi zəbt edib. Ancaq qəsəbə təmsilçisinin daha inamlı göründüyünü, üstün oyun sərgilədiyini vurğulamasaq, olmaz. O başqa məsələ ki, ilk təhlükəli vəziyyəti nominal meydan sahibləri yaratdı. Urtadonun Xorxenin cərimə meydançasına göndərdiyi topu başla tora qovuşdurmaq istəyi Tyaqonun “kürə”yə rəqibdən əvvəl sahib çıxmasıyla nəticələndi. Samok da oxşar sınaqdan üzüağ çıxdı. Rusiyalı topu Qismətin ötürməsini qəbul etməyə cəhd göstərən Volkovdan “oğurladı”. Bir qədər sonra Urtado növbəti şansı boşa verdi. Kolumbiyalı bu dəfə Xorxenin ötürməsini qəbul edə bilsə də, qeyri-dəqiqlik üzündən fürsəti puç etdi. 14-cü dəqiqədə Mampassi komandasını üzdü: top müdafiəçinin zərbəsindən sonra dirəyin yanından şütüdü. Sanki “Turan Tovuz”un barıtı bununla da tükəndi. İş ondadı ki, növbəti hücumlarını reallaşdıran “Zirə” də uğursuz oldu. Volkov Samokla bacarmadısa, Renato ilə Anatolinin zərbələrində dəqiqlik çatmadı. Bu ərəfədə “bozqurd” yalnız Olabe sayəsində sevinə bilərdi ki, ispaniyalı qeyri-dəqiq oynadı.
36-cı dəqiqədə mübahisə doğuran anlar yaşandı. Belə ki, Renato cərimə meydançasında ehtiyatsız davrandı, top uğrunda mübarizə zamanı qolunu Xorxe Silvanın üzünə çırpdı. Başverənləri VAR-da incələyən Əliyar Ağayev “nöqtə”ni göstərməyə ehtiyac duymadı. Birinci hissədə sonuncu təhlükəli vəziyyəti qəsəbə təmsilçisi yaratdı. Anatoli komandasının fasiləyə hesabda öndə yollanmasını təmin edə bilərdi. Ancaq Volkovun daban ötürməsindən sonra Samokla təkbətək mübarizəyə qoşulan hücumçu qapıçıya uduzdu.
İkinci yarı Ərənin canfəşanlığıyla başladı. Türkiyəli ilk cəhddə qeyri-dəqiq zərbə ilə yadda qalsa da, 55-ci dəqiqədə qapıya yol tapdı. Hücumçu Cibrillanın qısa ötürməsini qüvvətli zərbəylə qola çevirdi. Bundan sonra “bozqurd”un ardıcıl hücumlarını izləsək də, nə Batista, nə də Serrano dəqiq oynadı. 70-ci dəqiqədə növbəti mübahisəli qərar verildi. Qismət cərimə meydançasının xətti üzərində oyun günü 34 yaşını tamamlayan Millerin ayağını tapdalasa da, Əliyar Ağayev yenə penalti təyin etmədi. Vaci və Batistanın qeyri-dəqiq zərbələrindən sonra Ərən dubl edə bilərdi. Ancaq Samokun ayıq-sayığlığı rəqibi üzdü. Vaci, Silva, Urtado və Hakman da qeyri-dəqiq oynadığından yekun hesabı müəyyənləşdirmək Mikelsin payına düşdü.
Enrike Silvanın yanlış ötürməsi üzündən topu ələ keçirən Rikardo dərhal hücuma keçdi. Belədə cərimə meydançasına çatan mozambiklinin qapıya paralel ötürməsini tora qovuşdurmaq Leroy üçün çətin olmadı.
Beləliklə, “Zirə” cavab oyunu ərəfəsində ciddi üstünlük qazandı. Yunis Hüseynov demişkən, “Turan Tovuz” aprelin 21-də keçiriləcək səfər matçında tam fərqli oynamağa məcburdu.
Gözdən qaçmadı
// 23-cü dəqiqədə Rəşad Sadıqov, 79-cu dəqiqədə isə “Turan Tovuz”un məşqçisi Aleksandr Karnilov hakimin qərarına etiraz etdiyinə görə sarı vərəyə aldı.
// “Zirə”nin “Qartal” fanklubu stadionda idi. Fanklubun bir ayağı gipsdə olan üzvü də komandanı çətin səfər matçında tək qoymaq istəməmiş, əsa ilə tribunaya gəlmişdi. “Ultras Tovuz” fanklubu isə oyun ərzində tütək, balaban və müxtəlif şüarlarla komandaya dəstək göstərdi.
// “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev bu oyun üçün cəzalıydı. O, matçı media sektorundan izlədi. Matç zamanı azyaşlı futbolsevərlərdən biri mütəxəssisə yaxınlaşaraq görüşdü və qucaqladı.
“Qəbələ” “Kəpəz”lə xal fərqini azaltdı
33. Yusif İmanov - 5,5
14. Adama Fofana – 5,5
29. Dioqo Verdaşka - 5,0
4. Mate Abuladze – 5,0
5. Rauf Hüseynli - 5,5
24. Olavale Onanuqa – 5,0
18. Mahamadu Ba – 5,5
(88. Şakir Seyidov, 60) - 5,0
11. Rəhman Hacıyev - 5,5
(17. Ümid Səmədov, 80) - qiymətsiz
77. Fərid Nəbiyev - 6,0
(21. Sadiq Şəfiyev, 80) - qiymətsiz
7. Ehtiram Şahverdiyev - 5,5
(6. Camal Cəfərov, 60) - 5,0
9. Luis Paçu - 5,5
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
66. Arzu Atakişiyev
99. Əli Səmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
97. Elxan Məmmədov
80. Şahnur İsmayılov
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Fərid Nəbiyev
1. Səlahət Ağayev - 6,5
66. Nuğay Rəşidov - 5,5
(13. Nicat Əliyev, 54) - 5,5
28. Murad Musayev – 5,0
33. Seydina Keyta – 5,5
16. İsaak Amoah – 6,5
27. Eşqin Əhmədov - 6,0
8. Sambu Sissoko – 5,5
30. Prins Ovusu – 6,0
14. Domi Massumo – 6,0
30. Prins Ovusu – 6,5
50. Adriel Ba Loua – 5,5
(3. Eduardo Kunde, 83) - qiymətsiz
24. İsmael Akinade – 7,0
(12. İbrahim Sanqare, 86) - qiymətsiz
Ehtiyat oyunçular
93. Rza Cəfərov
94. Həbib Hüşənov
11. Asif Məmmədov
74. Süleyman Damadayev
10. Şahin Şahniyarov
21. Ziya Şəkərxanov
22. Fərid İsgəndərov
Baş məşqçi: Kaxaber Sxadadze
Komandanın ən yaxşısı: İsmael Akinade
Qollar: İ.Akinade, 74 (0:1, İ.Amoah). D.Massumo, 90 (0:2, S.Keyta).
Vərəqələr: İ.Akinade, 47 (qeyri-idman hərəkəti). M.Ba, 52 (qeyri-idman hərəkəti). D.Verdaşka, 90+1 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Elvin Bayramov (Bakı).
VAR hakiminin köməkçisi: İnqilab Məmmədov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
5 aprel. Yevlax. Şəhər stadionu. 500 tamaşaçı (5000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
11-ci olmamaq uğrunda mübarizə aparan komandaların dueli maraqla gözlənilirdi. Hətta bəlkə bunu turun mərkəzi qarşılaşması da adlandıra bilərdik.
Diqqəti çəkən məqamlardan biri oyunu yenidən elitada hakimlik etmək üçün qaytarılan Vüqar Həsənlinin baş hakim kimi təyinat alması idi. Referi bu mövsüm debütündə də “Kəpəz”in oyununu idarə etmişdi. “Qarabağ”la səfər görüşündə gəncəlilər iki cavabsız topla qələbə qazanmışdı.
Oyun “Qəbələ”nin üstünlüyü ilə başladı. 3-cü dəqiqədə Ba Loua uzaqdan qapıya zərbə endirdi. Top Yusifin üzərinə gəldi, qapıçı səhvsiz oynadı. 7-ci dəqiqədə Akinade yüzdəyüz qol şansını elə özü qazandı. Cərimə meydançasında Verdaşka ilə çiyin-çiyin mübarizədən qalib ayrılan hücumçu Fofanadan da sıyrılıb qapıya zərbə endirdi. Lakin İmanov bu dəfə də inamlı oynadı. 15-ci dəqiqədə qonaqlar yenə hesabı açmağa yaxın oldu. Eşqin cinahda Rəhmanı keçib qapı qarşısına asma etdi. Adrielin başla zərbəsi “çərçivə”dən yan keçdi. Bir dəqiqə sonra “Kəpəz” ilk real qol şansını yaxaladı. Murad cərimə meydançasında ciddi səhvə yol verdi, Paçu ondan topu oğurladı. Onun ilk ötürməsini Amoah çıxardı. Hücumun ardında top yenidə Luisə qayıtdı. O, Ba ilə oynadı. Banın zərbəsinin qarşısına is Murad özünü “sipər etdi” və səhvini “sığortaladı”.
Oyunun ən yaxşılarından biri Ovusu idi. O, 23-cü dəqiqədə məhsuldar ötürmə ilə yadda qala bilərdi. Onun ötürməsindən sonra Akinade qapıya zərbə endirdi, bu dəfə də Yusif düzgün mövqe seçmişdi, topu çıxara bildi. 27-ci dəqiqədə Ehtiramın uzaqdan qapıya zərbəsini Səlahət baxımlı seyvlə dəf etdi. 11 dəqiqə sonra Rəhman künc zərbəsindən topu birbaşa qapıya ünvanladı. Son milli toplanışa da çağrılan Ağayev topu çıxarmağı bacardı. İlk hissənin davamı bərabər səviyyədə keçdi, tərəflər qapılara yol tapa bilmədi. İkinci hissədə də komandalar qarşılıqlı hücumlarla yadda qaldı. 50-ci dəqiqədə isə Səlahət olduqca vacib seyv etdi. Raufun ötürməsindən sonra Ehtiram saxlamadan topu qapıya göndərdi, təcrübəli qapıçı imkan vermədi. “Qəbələ” bu dəqiqələrdə hücuma çıxsa da, təhlükəli vəziyyət yarada bilmirdi. Əvəzində 65-cı dəqiqədə Fəridin ötürməsindən sonra Rəhman uzaqdan qapıya yaxşı zərbə endirdi. Lakin bu dəfə də Səlahət keçilməz oldu. 70-ci dəqiqədə də kiper aktivinə növbəti qurtarış yazdırdı.
Dörd dəqiqə sonra “Qəbələ” hesabı açdı. Komanda müdafiədə olsa da, Amoahın bir ötürməsi Akinadeyə qol şansı yaratdı. O, Verdaşkanı da geridə qoyaraq qapıya zərbə endirdi və topu qapıdan keçirməyə nail oldu. Bu qol “Qəbələ”yə motivasiya verdi, dominantlığına gətirib çıxardı. 83-cü dəqiqədə 6-cı müdafiəçi də meydana çıxdı. Sxadadze Ba Loua ilə Kundeni əvəzlədi. 89-cu dəqiqədə rəqibi əks-hücumda yaxalayan “Qəbələ” hesab arasındakı fərqi ikiyə yüksəltdi. Ovusu mərkəzdən geridə topu qəbul etdi, sürətlə irəlilədi, Camal və Onanuqanı geridə qoydu, Eşqinlə oynadı. Eşqinin ötürməsini qəbul edən Keyta topu nəzarətsiz qalan Massumoya ötürdü. Massumo isə topu qapıdan keçirdi, qələbəni Qəbələyə apardı. Əslində qonaqlar 3-cü qolu da vura bilərdi. Ovusu özü fərqlənmək istədi, buna da olduqca yaxın oldu. Cərimə meydançasında bir neçə rəqibi aldadıb qapıya zərbə endirdi. Topu Ümid boş qapıdan çıxardı.
Bu oyuna qədər əsas rəqibindən 5 xal geri qalan “Qəbələ” vacib qələbə qazanaraq xal fərqini ikiyə endirdi. Deməli, intriqa hələ də davam edir!
Gözdən qaçmadı
// 80-ci dəqiqədə zədələnən Rəhman Hacıyevi həkim xələkdə yox, qucağına apardı.
// “Kəpəz” azarkeşləri klublarının bayrağını dalğalandırmaq istəsə də, Ukrayna bayrağını çıxardı. “Kəpəz”in rəngləri sarı-göy, Ukrayna bayrağı isə göy-sarıdı.
// Azər Bağırov oyun qurtarandan sonra 5 dəqiqə texniki zonada oturdu. Gəncəli azarkeşlər onunla söhbət etmək istəyirdi. Bağırov azarkeşlərin çoxu gedəndən sonra paltardəyişmə otağına yollandı.
// Matç başa çatandan sonra bəzi “Kəpəz” azarkeşləri “istefa” şüarları səsləndirdi.
“Neftçi” “Sumqayıt”da “Araz-Naxçıvan”ı qabaqladı
1. Mehdi Cənnətov – 5,0
24. Sənan Muradlı – 5,0
72. Rayan Senhadji – 5,5
3. Höccət Haqverdi – 5,0
75. Nadir Orucov – 5.0
10. Nikola Ninkoviç – 6,0
(11. Aleksa Yankoviç, 74) – 5,0
8. Səbuhi Abdullazadə (k) – 5,0
(29. Emil Mustafayev, 79) – qiymətsiz
6. Sedrik Badolo – 5,5
(23. Ronaldo Vaskes, 79) – qiymətsiz
7. Rüstəm Əhmədzadə - 5,0
(21. Nihad Əhmədzadə, 74) – 5,0
9. Aleksandr Ramalinqom – 5,0
95. Nsana Simon – 5,5
(71. Masaki Murata, 74) – 5,0
Ehtiyat oyunçular
22. Xəyal Fərzullayev
12. Murad Ağamalıyev
37. Nihad Orucəli
33. Daniel Beskorovaynı
Baş məşqçi: Saşa İliç
Komandanın ən yaxşısı: Nikola Ninkoviç
13. Kenan Piriç (k) – 6,0
24. Mustafa Sek – 6,0
5. İqor Ribeyro – 6,0
15. Elvin Bədəlov – 6,0
77. Falaye Sako – 6,0
18. İfeanyi Metyu – 6,5
(6. Sessi D’Almeyda, 78) – qiymətsiz
11. İmad Faraj – 6,0
(28. Alessio Kurçi, 78) – qiymətsiz
7. Emil Səfərov – 6,0
4. Elvin Camalov – 6,0
(23. Cordan Rezabala, 65) – 5,0
33. Breno Almeyda – 5,5
(47. Murad Məmmədov, 65) – 5,5
10. Freddi Varqas – 7,0
(45. Vensan Abubakar, 81) – qiymətsiz
Ehtiyat oyunçular
1. Emil Balayev
81. Məhdi Həsənov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanski
14. Edvin Kuç
70. Andrey Ştoqrin
22. Luis Ortis
Baş məşqçi: Yuri Vernidub
Komandanın ən yaxşısı: Freddi Varqas
Qollar: F.Varqas, 36-p. (0:1). N.Ninkoviç, 53 (1:1). İ.Metyu, 65 (1:2, F.Varqas). V.Abubakar, 89 (1:3).
Vərəqə: S.Muradlı, 34 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
5 aprel. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1950 tamaşaçı (9502 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Ardıcıl 7 çempionat oyununda qələbəyə həsrət qalan “Sumqayıt”ın tilsimi bu oyunda qıracağına inanmaq üçün xeyli nikbin olmaq lazım idi.
Bəli, bəlkə də “kimyaçılar”ın ən sadiq azarkeşləri bu yöndə ümidliydi, lakin son 10 oyunda cəmi bir dəfə uduzan “Neftçi” səfərdən məyus qayıtmağı ağlına belə gətirmirdi. Hədəf qalib gəlmək və tunir cədvəlində “Araz-Naxçıvan”ı geridə qoymaq idi ki, qonaqlar bunu ilk dəqiqələrdən gizlətmədi. Hətta “ağ-qaralar” 3-cü dəqiqədə hesabı açmağı yaxın oldu. Meydan sahiblərinin bəxti onda gətirdi ki, Senhadji Varqasın boş qapını dəqiq nişan almasına imkan vermədi. Düzdü, venesuelalı 9-cu dəqiqədə istəyinə çatdı. Cərimə meydançasında Səbuhiyə toxunandan sonra önünə düşən topu dərhal “çərçivə”dən keçirdi. İş ondadı ki, bu dəfə də məhz özünün oyundankənar vəziyyətdə olması səbəbindən qolu sayılmadı.
Varqas 36-cı dəqiqədə qol istəyinə çatdı. Çünki Sənanın Freddinin ötürməsini qəbul etdikdən sonra fərqlənməyə cəhd edən Almeydanı kobud müdaxiləylə dayandırması Kamal Umudlunun “nöqtə”ni göstərməsi ilə nəticələndi. Belədə topun arxasına keçən Varqas komandasını hesabda irəli çıxardı. Əslində “Neftçi” fasiləyə 2:0 hesablı üstünlüklə yollana bilərdi. Lakin Elvinin ötürməsindən sonra Mehdiylə təkbətək mübarizəyə qoşulan Faraj qolkiperə uduzdu.
İkinci hissə “Sumqayıt” üçün uğurlu başladı - 53-cü dəqiqədə təxminən 20 metrdən cərimə zərbəsi yerinə yetirən Ninkoviç topu tora qovuşdurdu. O başqa məsələ ki, oyunun axarına nəzarəti itirməyən “Neftçi” yenidən rəqibi məğlub duruma salmağı bacardı: 65-ci dəqiqədə Metyu Varqasın küncdən göndərdiyi topu başla tora qovuşdurdu. Çox keçmədən Muradın ardıcıl cəhdlərinə şahidlik etsək də, hesab dəyişmədi. Gənc yarımmüdafiəçi hər iki cəhddə qeyri-dəqiq zərbə vurdu. Hər halda, “ağ-qaralar” fərqi artıra bildi. Düzdü, 89-cu dəqiqəyə təsadüf edən epizodda əvvəlcə Emil bəxtini sınadı. Ancaq onun zərbəsindən sonra Ramalinqoma toxunan top Abubakarın önünə düşdü. Nəticədə zədəsini yenicə bərpa edən kamerunlu da adını tabloya yazdırdı.
Beləliklə, “Neftçi” 5-ci pilləyə yüksəldi, yəni avrokubok hədəfinə bir addım da yaxınlaşdı. “Sumqayıt” isə kubok da daxil olmaqla artıq 10 oyundu qələbə üzü görmür!
Gözdən qaçmadı
// “Neftçi” tərəfdarları həm İliçi istefaya səslədi, həm də qələbəni komandayla birgə qeyd etdi. “Kimyaçılar” isə deyəsən, uğursuzluğa qarşı immunitetini gücləndirib…
// Ninkoviç baxımlı qolunu azyaşlı övladının şəklini öpərək qeyd etdi.
// Zədəsini müalicə etdirmək üçün Serbiyaya yollanan Emin Mahmudov “Neftçi”nin heyətində yer almadı.
"Qarabağ" "Karvan Yevlax"a bir saatda 7 qol vurdu
99. Mateuş Koxalski - 6,0
44. Elvin Cəfərquliyev - 6,5
(24. Ceremi Qnali, 65) - 6,0
81. Kevin Medina - 6,0
2. Mateus Silva - 6,0
18. Dani Bolt - 7,0
(30. Abbas Hüseynov, 65) - 5,5
15. Leandro Andrade - 7,5
35. Pedro Bikalyo - 6,0
(8. Marko Yankoviç, 65) - 5,5
9. Xoni Montiel - 7,0
10. Abdulla Zubir (k) - 7,0
(27. Toral Bayramov, 65) - 5,5
17. Kamilo Duran - 8,0
(22. Musa Qurbanlı, 65) - 5,5
20. Kadi Borges - 6,5
Ehtiyat oyunçular
1. Şahrudin Məhəmmədəliyev
97. Fabian Buntiç
55. Bədavi Hüseynov
77. Ramil Şeydayev
32. Hikmət Cəbrayılzadə
21. Aleksey Kaşuk
11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Kamilo Duran
99. Pedro Mateuş - 4,5
37. Mois Nqvisani - 5,0
(13. Vüsal Məsimov, 58) - 5,0
4. Olavale Doyeni - 4,5
(33. Eltun Turabov, 58) - 5,0
32. Elvin Yunuszadə (k) - 5,5
21. İmani Barker - 5,0
2. Şakil Sno - 5,0.
11. Kayl Spens - 4,5
(10. Samuel Durrant, 58) - 5,0
19. Tompson Qavi - 4,5
(16. Rauf Rüstəmli, 58) - 5,0
6. Vadim Abdullayev - 5,0
8. Peter Kinqs - 4,5
(14. Uğur Cahangirov, 46) - 5,0
20. Coy-Sleyd Mikels - 5,0
Ehtiyat oyunçular
1. Kamran İbrahimov
25. Əmrah Bulud
17. Samir Abdullayev
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Elvin Yunuszadə
Qollar: L.Andrade, 23 (1:0, K.Duran). K.Duran, 31 (2:0, X.Montiel). D.Bolt, 40 (3:0, K.Borges). A.Zubir, 43 (4:0, X.Montiel). K.Duran, 45 (5:0, A.Zubir). K.Duran 48 (6:0, L.Andrade). L.Andrade, 64 (7:0, E.Cəfərquliyev).
Vərəqə: D.Bolt, 62 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Emin Əliyev (Bakı).
VAR hakiminin köməkçisi: Tural Qurbanov (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
6 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 800 tamaşaçı (31200 yerlik).
Yalnız birinci hissəyə 1 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Qələbə, qələbə, ancaq qələbə... Çempionluq uğrunda gərgin mübarizə apardığı "Sabah"la aradakı xal fərqinin artmasına imkan verməməli olan "Qarabağ"ında başqa yolu yox idi. Elə hələ də elitada yerini qoruyacağına ümid edən "Karvan-Yevlax"ın da. O başqa məsələ ki, qonaqlar Bakıda başına gələcəklərdən hələ xəbərsiz idi.
İlk dəqiqələrdən dominant oyun sərgiləyən meydan sahibləri qonaqların müqavimətini qırmaqda əvvəlcə bir qədər çətinlik çəkdi. Ancaq sonra işlər o həddə çatdı ki, matç yevlaxlıların ən pis xatirəsinə çevrildi. Duran het-trik, Andrade dubl etdi. Halbuki ilk dəqiqələrdə Elvin kolumbiyalının, Barker kabo-verdelinin fərqlənməsinə mane olmuşdu. Kəsəsi, qonaqların xal ümidi çox yaşamadı. "Karvan-Yevlax"ın darmadağının əsası 23-cü dəqiqədə qoyuldu. Daha dəqiqi, Kadi - Duran - Andrade kombinasiyası qolla nəticələndi. 31-ci dəqiqədə Duran fərqləndi. Montielin uzaqdan ötürməsini qəbul edən kolumbiyalı Barkerlə təkbətək mübarizədən qalib ayrılandan sonra topu tora qovuşdurdu. 40-cı dəqiqədə Bolt Kadinin qapıya paralel ötürməsindən maksimum faydalandı. Ardıcıl qollarla "Karvan-Yevlax"ın müdafiə xəttini tərksilah edən "köhlən atlar" fasiləyə qədər fərqi 5-ə çatdırdı! 43-cü dəqiqədə Montielin uzaqdan ötürməsini aşırma zərbəylə dəyərləndirən Zubir, 45-ci dəqiqədə isə Zubirin göndərdiyi "kürə"ni "çərçivə"dən keçirən Duran komandasını sevindirdi.
Ağdamlılar ikinci yarıya da qolla başladı. Leandronun cərimə meydançasında Doyenidən alıb Durana çatdırdığı top cəmi 2 saniyə sonra torda idi. Başqa sözlə, Kamilo 48-ci dəqiqədə het-trikə imza atdı. Bundan sonra bir qədər "istirahət edən" meydan sahibləri 64-cü dəqiqədə fərqi 7-yə çatdırdı: Elvinin ötürməsini qolla tamamlayan Andrade dubl etdi. Əlbəttə, belədə ağla "Qəbələ"nin 2016/17 mövsümündə "Neftçi"nin meydanında qazandığı 8:0 hesablı qələbə gəldi. "Köhlən atlar" rekorda doğru çapırdı? Elə bu ərəfədə Qurban Qurbanovun 4 futbolçunu əvəzləməsi bu yöndə ümidləri azaltdı. Düzdü, 90-cı dəqiqədə Musa Abbasın qapıya paralel ötürməsini qolla tamamladı. Ancaq məhz Abbasın oyundakənar vəziyyətdə olması rekordun təkrarlanmasını əngəllədi.
Hər halda, "Qarabağ" böyükhesablı qələbəylə "Saba"la aradakı xal fərqini azaltdı. İlk iki pillədə durumun nə dərəcədə dəyişəcəyinə bu gün "Araz-Naxçıvan"ın qonağı olacaq "bayquşlar" qərar verəcək. "Karvan-Yevlax"ın isə premyer-liqada qalacağına yəqin artıq heç Fizuli Məmmədov da inanmır.
Gözdən qaçmadı
// "Karvan Yevlax" çətin səfər oyununda azarkeşsiz idi. "Qarabağ" isə parlaq qələbəni tərəfdarlarıyla birgə qeyd etdi.
// Matçın bitməsindən bir neçə saat keçsə də, "Karvan Yevlax" nəticəni sosial şəbəkə hesablarında elan etməmişdi.
Avtoqol “Araz-Naxçıvan”ı sevindirdi
1. Rikardo Fernandes (k) - 6,0
82. Rüfət Abbasov – 5,0
3. Vladislav Veremeyev – 4,0
4. Sezar Enrike – 6,0
44. David Santos – 5,5
2. Abdulla Rzayev – 5,5
(17. Rafael Məhərrəmli, 84) - qiymətsiz
13. Rikardo Apolinario – 5,5
(88. Rodriqo Fernandeş, 79) - qiymətsiz
97. Oruc Məmmədov - 5,5
(8. Alfons Msanqa, 64) - 4,5
7. Edqar Adilxanov – 6,5
(10. Andrey Tırkovyanu, 64) - 5,0
11. Dioqo Balau – 5,5
(19. Abdullahi Şuaybu, 79) - qiymətsiz
9. Karim Rossi – 5,5
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
5. Arsen Ağcabəyov
80. Həbib İsmayılov
21. Bilal İsmayılov
27. Emil Süleymanov
77. Nihat Mehralıyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Edqar Adilxanov
94. Tərlan Əhmədli - 7,0
5. Slavik Alxasov – 6,5
4. Rahil Məmmədov - 5,5
3. Bəxtiyar Həsənalızadə (k) - 6,0
17. İssuf Paro – 5,5
(77. Bruno Franko, 75) - qiymətsiz
24. Mustafa Əhmədzadə - 6,0
6. Patrik Andrade – 6,0
10. Felipe Santos – 5,5
(14. Ülvi İsgəndərov, 82) - qiymətsiz
23. Nuno Rodriges – 6,5
7. Hamidu Keyta – 5,5
(70. Şarl Boli, 72) - 4,0
11. Ba-Muaka Simakala – 5,0
(16. Ramon Maçado, 72) – 5,0
Ehtiyat oyunçular
12. Kristian Avram
26. Ömər Buludov
19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
Komandanın ən yaxşısı: Tərlan Əhmədli
Qol: V.Veremeyev, 57-öz qapısına.
Vərəqələr: P.Andrade, 12 (qeyri-idman hərəkəti). R.Apolinario, 15 (qeyri-idman hərəkəti). R.Fernandeş, 81 (qeyri-idman hərəkəti). T.Əhmədli, 85 (oyunun bərpasının ləngidilməsi). H.İsmayılov, 90 (meydandan kənarda, hakimin qərarına etiraz) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
18 mart. Şamaxı. Şəhər stadionu. 600 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə vaxt artırılmayıb, ikinci yarıya 4 dəqiqə əlavə edilib.
Oyunun qiyməti: 6,0.
3-cü dövrəyə heç bir hədəfi qalmadan girən “Şamaxı” avrokuboklara iddiasını davam etdirən “Araz-Naxçıvan”ı qəbul etdi.
Meydan sahibləri 6-cı dəqiqədə qola çox yaxın oldu. Əks-hücumda rəqibini yaxalayan Balau - Rossi tandemi təhlükə yaratdı. Balaunun ötürməsindən sonra 9 nömrəli hücumçu iti bucaq altından qapıya zərbə endirdi, top toru silkələdi, amma kənardan. 14-cü dəqiqədə “Araz-Naxçıvan” bu hücuma cavab verdi. Simakalanın ara ötürməsindən sonra Keyta qapını “nişan aldı”. Hamidunun zərbəsini Rikardo dəf etdi. 19-cu dəqiqədə qonaqlar növbəti təhlükəni yaratdı. Slavikin qapı qarşısına asmasını Paro qola çevirə bilmədi. Özünü ən yaxşı tərəfdən göstərən futbolçulardan biri də Edqar idi. 21 yaşlı futbolçu cərimə meydançasında dönüb qapıya zərbə endirdi, top “çərçivə”dən aralı keçdi.
Oyunun ən yaxşılarından biri, bəlkə də birincisi Tərlan idi. Çox inamlı seyvlər etdi. Bunlardan biri də 36-cı dəqiqədə baş verdi. O, Rossinin zərbəsinə möhtəşəm tullanaraq reaksiya verdi. İlk yarının əvvəlində “Şamaxı”, qalan hissəsində isə “Araz-Naxçıvan” dominantlıq etdi. 2-ci hissə ilk yarı ilə müqayisədə daha maraqlı, dinamik oldu. Hesab 56-cı dəqiqədə açıldı. Keyta Nunodan gələn topu qəbul edib, cinahla sürətlə irəlilədi. Topu Simakalaya göndərmək istəsə də, bu alınmadı. Veremeyev topun qarşısını kəsdi, amma onu öz qapısına göndərdi. 61-ci dəqiqədə hesab arasında fərq arta bilərdi. Mustafanın ötürməsindən sonra Nunonun zərbəsi tirin üstündən keçdi. İki dəqiqə sonra Balau daha təhlükəli zərbə ilə cavab verdi. Standart vəziyyətdən sonra Oruc topu Balaunun qarşısına çıxardı. Çətin vəziyyətdə olan Dioqonun vurduğu top qapının üstündən keçdi. 73-cü dəqiqədə Balau künc zərbəsindən qapı qarşısına asma etdi. Sezarın başla qüvvətli zərbəsinin qarşısını Tərlan aldı.
Sona yaxın “Şamaxı” təzyiqi artırdı. Az qala hər hücum təhlükəli idi. 90+1-ci dəqiqədə oyunboyu heç də özünə bənzəməyən Rüfətin asmasından sonra Şuaybunun tək toxunuşu yetərli idi ki, top qapıya daxil olsun. Lakin bacarmadı. Beləliklə, matçın taleyini avtoqol həll etdi. Qonaqlar çətinliklə də olsa, 3 xal qazanmağı bacardılar.
Gözdən qaçmadı
// 2-ci hissənin sonlarında top Rahil Məmmədovun əlinə dəydi. Ayxan Abbasov da oyundan sonra buna xeyli etiraz etdi. Mətbuat konfranslarından sonra hakim-inspektor Anar Salmanov da bunu gördü, “Şamaxı”nın çalışdırıcısına vəziyyəti video şəklində 5-6 dəqiqə izah etdi.
// “Araz-Naxçıvan”nın qeyri-rəsmi sahibi Zaur Axundov da oyunu izləyirdi. Onun Bakıdakı oyunları izləməsinə alışmışdıq, amma Şamaxıda gözləmirdik...