DataLife Engine / “Qəbələ” Biləcəriyə qayıtdı

“Qəbələ” Biləcəriyə qayıtdı

“Qəbələ” Biləcəriyə qayıtdı
Ötən saylarımızın birində Vergilər Nazirliyinin “Bakı”nın Biləcəridəki bazasının qapılarını möhürlədiyini xəbər vermişdik. Onu da bildirmişdik ki, bu səbəbdən həmin bazada məşq edən “Qəbələ” hazırlıq keçmək üçün stadion axtarışına çıxıb. Ancaq sonradan redaksiyamızla əlaqə saxlayan paytaxt klubunun vitse-prezidenti Yaşar Seyidov problemin aradan qalxdığını, bazanın qapılarının istər “Qəbələ”, istərsə də “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın yetirmələrinin üzünə açıldığını bildirmişdi. “Qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı da bizimlə söhbətdə Yaşar bəyin söylədiklərini təsdiqlədi. Klub rəsmisi komandanın artıq əvvəlki kimi “Bakı”nın bazasında hazırlıq keçdiyini söylədi.
RƏŞAD
14-09-2018, 22:43
Geri dön