DataLife Engine / İkisi dayandı, ikisi davam edir

İkisi dayandı, ikisi davam edir

İkisi dayandı, ikisi davam edir
Fransadakı legionerləri oynatmadılar
Qadın voleybolçular arasında Türkiyə çempionatında təsnifat yarışı başa çatıb. Son turda “Fənərbaxça” gözlənilmədən Manisada “Seramiksan”a uduzub – 0:3 (20:25, 17:25, 15:25). Polina Rəhimova 14 xalla komandasının ən məhsuldar oyunçusu olub. Odina Bayramova isə 6 xalla meydan sahiblərinin qələbəsinə töhfə verib. “Beşiktaş” İstanbulda “Nilüfər Bələdiyyəsi”nə qalib gəlib – 3:0 (31:29, 25:23, 25:22). Marqarita Əzizova hesabına 3 xal yazıb. “Bəylikdüzü” isə İstanbulda autsayder “İlbank”ı darmadağın edib – 3:0 (25:15, 25:19, 25:18). Yana Kulan 14 xalla komandasının lideri olub.
Beləliklə, “sarı-lacivərdlilər” təsnifat yarışını 45 xalla 4-cü yerdə tamamlayıb. “Qartal” 29 xalla 6-cı pillədə qərarlaşıb. Bu komandalar pley-offda iştirak hüququ qazanıb. 9-cu “Bəylikdüzü” (25) və 10-cu “Seramiksan” (24) üçün mövsüm başa çatıb. İlkin pley-off mərhələsində “Fənərbaxça” “Bursa BB”, “Beşiktaş” isə “Qalatasaray” ilə münasibətləri aydınlaşdıracaq.
Fransa çempionatında 19-cu turun oyunları keçirilib. “Le-Kann” evdə “Qimper”i üstələyib – 3:1 (25:20, 25:21, 18:25, 25:22). Alyona Həsənova bu oyunun iştirakçısı olmayıb. “Venell” isə azarkeşləri önündə “Nant”a məğlub olub – 1:3 (25:10, 23:25, 24:26, 23:25). Anastasiya Qurbanova yenilgini kənardan izləyib. “Le-Kann” 36 xalla 4-cü, “Venell” 25 xalla 6-cıdı. Növbəti turda “Le-Kann” “Şamalye”ni qəbul edəcəksə, “Venell” “Vandovr”un qonağı olacaq.
İtaliya A seriyasının 20-ci turunda “Skandiççi” səfərdə gözlənilmədən lider “Konelyano”ya qalib gəlib – 3:0 (25:14, 25:22, 25:20). Yelizaveta Səmədova bu qarşılaşmada da meydana çıxmayıb. 45 xalla ilk “3-lüy”ü qapayan “Skandiççi” növbəti turda “Berqamo” səfərinə yollanacaq.
28-02-2018, 15:0
Вернуться назад