DataLife Engine / “Kəpəz” toplanışı başa vurdu

“Kəpəz” toplanışı başa vurdu

“Kəpəz” toplanışı başa vurdu
Əvəzedicilər “Ağsu” ilə “sülh bağladı”
Yanvarın 18-dən Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” hazırlıq prosesini yekunlaşdırıb. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda dünən səhər məşqi ilə 16 günlük Antalya toplanışını başa vurub. Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsini qardaş ölkədə keçən “sarı-göylər” gündə iki dəfə məşq ediblər. "Kəpəz" toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, dörd yoxlama oyununda gücünü sınayıb. Gəncə təmsilçisi yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya - 1:1), 25-də “Daejeon Sitizen” (Cənubi Koreya – 1:0), 28-də “Yagelloniya” (Belostok, Polşa – 1:8) və 31-də “Spartak” (Subotiça, Serbiya – 2:0) klubları ilə qarşılaşıb. Xatırladaq ki, “Kəpəz” mövsümün ikinci hissəsinə hazırlığın ilk mərhələsini Bakıda keçirmişdi.
Bu arada “Kəpəz”in əvəzedicilərdən ibarət komandası mövsümün ikinci yarısına hazırlığı davam etdirir. Gəncəli gənclər fevralın 1-də yoxlama oyununda gücünü sınayıb. Rəqib birinci divizion təmsilçisi “Ağsu” olub. Ağsuda baş tutan qarşılaşma qollu heç-heçə ilə nəticələnib – 1:1. “Sarı-göylər”in qolunu 19 yaşlı yarımmüdafiəçi Fərid Məmmədov vurub.
4-02-2018, 13:0
Вернуться назад