DataLife Engine / MFL dörd futbolçunu Antalyaya göndərdi

MFL dörd futbolçunu Antalyaya göndərdi

MFL dörd futbolçunu Antalyaya göndərdi
Azərbaycanda həvəskarlar arasında ilk liqa olan MFL-in rəhbərliyi mövsümün gedişində özünü yaxşı tərəfdən göstərən futbolçuları mükafatlandırıb. Belə ki, liqada top qovan dörd oyunçu premyer-liqa klubları ilə birgə məşq etmək imkanı qazanıb. MFL-in ilk çempionlarının əksəriyyətinin yer aldığı “GB Solution”da top qovan Məmiş Nəzərov və öz konfransında bombardirlər siyahısında hamıya yuxarıdan aşağı baxan “İKAU”nun “vuran ayağı” Elvin Əlizadə “Sumqayıt”, liqanın köklü komandalarından olan “Juventus Baku”nun üzvü Cəbrayıl İsmayılovula “Sabunçu”nun şərəfini qoruyan Mehdi Əzimzadə isə “Keşlə” ilə birgə Antalyaya - təlim-məşq toplanışına yollanıb.
“Kimyaçılar”ın baş meneceri Ceyhun Sultanovdan aldığımız bilgiyə görə, futbolçuların səfər xərclərini MFL rəhbərliyi qarşılayıb. Razılığa əsasən MFL-də çıxış edən oyunçular premyer-liqa təmsilçisi ilə bir həftə məşq edəndən sonra vətənə dönəcəklər.
RƏŞAD
25-01-2018, 19:02
Geri dön