DataLife Engine / Yunis Hüseynov üç legioneri göndərdi

Yunis Hüseynov üç legioneri göndərdi

Yunis Hüseynov üç legioneri göndərdi
Yunis Hüseynovun gəlişindən sonra “Kəpəz”də müəyyən dəyişikliklərin olacağı gözlənilən idi. Bir neçə gün öncə aşağı yaş qrupları üzrə komandalarda baş verən məşqçi dəyişiklikləri heç kimi təəccübləndirmədi.
Xatırlayırsızsa, Hüseynovun üç legionerlə yolların ayrılmasında maraqlı olduğunu da yazmışdıq. Bircə qalırdı işin rəsmiləşməsi. Artıq həmin futbolçuları “Kəpəz”ə heç nə bağlamır. Bunlar Viktor Oseqeyl, Mansur Alaci və Samba Diallodu. Şahin Diniyevin istəyi ilə komandaya cəlb olunan hər üç qaradərili ilə müqaviləyə xitam verilib. Legionerlərdən yalnız Dedimar Fereyra kareyrasını sarı-göy formada davam etdirəcək.
Klub rəhbərliyi sayt vasitəsiylə futbolçulara komandadakı xidmətlərinə görə minnətdarlığını bildirib, gələcək karyeralarında uğurlar arzulayıb.
HƏBİB
22-12-2017, 23:04
Geri dön