DataLife Engine / U-17 Albaniyaya, U-19 Gürcüstana gedəcək

U-17 Albaniyaya, U-19 Gürcüstana gedəcək

U-17 Albaniyaya, U-19 Gürcüstana gedəcək
Xəbər verdiyimiz kimi, dünən 17 və 19 yaşadək futbolçular arasında Avropa çempionatının 2018/19 mövsümünün püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə əvvəlcə “balacalar” rəqiblərini tanıyıb. Bakı vaxtı ilə saat 12.00-da başlayan püşk nəticəsində seçmə mərhələdə iştirak edəcək 52 yığma 13 qrupa bölünüb. Komandalar reytinqinə görə 4 səbətə ayrılmışdı ki, Azərbaycan gücünə görə 3-cü olan C səbətində qərarlaşmışdı. Rəqiblərə gəlincə, yığmamız 8-ci qrupda Çexiya, Norveç və Albaniya ilə mübarizə aparacaq. Qrup oyunlarına Albaniya evsahibliyi edəcək. U-17 seçmə oyunlarını oktyabrın 23-ü, 26-sı və 29-da keçirəcək. Reqlamentə əsasən, 13 qrupun hərəsindən iki ən yaxşı komanda, həmçinin üçüncü yer sahiblərindən daha yaxşı nəticəyə malik 4 yığma elit-raunda vəsiqə əldə edəcək. İngiltərə və Almaniya isə birbaşa həmin mərhələdən yarışa qatılacaq. U-17-lərin turnirində final mərhələsi İrlandiyada baş tutacaq.
U-19-a gəlincə, bu yığmamız da reytinqinə görə 3-cü səbətdə qərarlaşmışdı. Bakı vaxtı ilə saat 13.00-da start götürən püşkü yığmamız üçün münasib saymaq olar. Belə ki, millimiz 1-ci qrupda Gürcüstan, İsrail və Lixtenşteynlə üz-üzə gələcək. Həm də qrup oyunları yaxın ölkədə - Gürcüstanda keçiriləcək. Bu mərhələnin oyunları 2018-ci il noyabrın 20-nə qədər başa çatacaq. Konkret yığmamız noyabrın 14-ü, 17-si və 20-də oynayacaq. 13 qrupun hərəsindən iki ən yaxşı komandanın elit-raunda vəsiqə əldə edəcəyini vurğulayaq. Portuqaliya və Almaniya isə birbaşa həmin mərhələdən yarışa qatılacaq. U-19-ların yarışında final mərhələsi Ermənistanda keçiriləcək.
7-12-2017, 18:0
Geri dön