DataLife Engine / Buskets koronavirusa yoluxdu

Buskets koronavirusa yoluxdu

İspaniya millisinin düşərgəsində narahatlıq yaranıb. Komandanın kapitanı Serxio Buskets koronavirusa yoluxub.
İspaniya Futbol Federasiyasının saytının yaydığı xəbərdə 32 yaşlı yarımmüdafiəçinin koronavirus testinin müsbət çıxdığı bildirilib. Yaxşı ki, digər oyunçuların COVID-19 testi mənfi olub. Busketsin karantinə alındığı bildirilib. Əvvəlcə onun bu gün keçiriləcək Litva ilə yoldaşlıq görüşünü buraxacağı açıqlanıb. Təcrübəli futbolçunun AÇ-də İsveç millisinə qarşı iyunun 14-nə təyin olunan ilk oyununda iştirakı sual altındadı. Artıq dünən yığma rəhbərliyi virusun komanda daxilində yayılmasının qarşısının alınması üçün Litva ilə yoldaşlıq oyununda İspaniyanın U-21 yığmasının oynayacağına qərar verib.
8-06-2021, 14:0
Geri dön