DataLife Engine / Günay Yudit Polqarın komandasında yer aldı

Günay Yudit Polqarın komandasında yer aldı

İstedadlar 100 min dollar uğrunda mübarizə aparacaq
Bu gün istedadlı 20 gənc şahmatçının iştirakı ilə "Julius Baer Challengers" seriyası start götürəcək. Şərti olaraq "Kramnik" və "Polqar" adlanan komandalar 100 min dollar uğrunda mübarizə aparacaq. 12 ölkə təmsilçiləri arasında Günay Məmmədzadə də yer alıb. Qadınlardan ibarət yığmamızın lideri "Polqar" komandasında çıxış edəcək. Onlayn seriyanın ilk turnir "Polgar Challenge" adlanır. Daha sonraki turnirlər isə "Gelfand Challenge", "Hou Yifan Challenge" və "Kramnik Challenge" adlanacaq. Seriyanın finalı sentyabrın 9-13-də keçiriləcək. Qalib komanda “Play Magnus Group” flaqman seriyası olan və 1,5 milyon dollar mükafat fonduna malik “Meltwater Champions Chess Tour”a vəsiqə qazanacaq.
"Team Kramnik": Nodirbek Abdusəttorov (16 yaş, Özbəkistan), Rameşbabu Praqqnanandha (15 yaş, Hindistan), Dinara Saduakassova (24 yaş, Qazaxıstan), Yonas Byerre (16 yaş, Danimarka), Leon Mendonsa (15 yaş, Hindistan), Ley Tinqje (24 yaş, Çin), Kristofer Yu (14 yaş, ABŞ), Olqa Badelka (18 yaş, Belarus), Karissa Yip (17 yaş, ABŞ), Nurgül Səlimova (17 yaş, Bolqarıstan).
"Team Polgar": Nihal Sarin (16 yaş, Hindistan), Evender Lianq (17 yaş, ABŞ), Vinsent Keymer (16 yaş, Almaniya), Qukeş (14 yaş, Hindistan), Sarasadat Xademalşarie (24 yaş, İran), Volodar Murzin (14 yaş, Rusiya), Polina Şuvalova (20 yaş, Rusiya), Jansaya Abdumalik (21 yaş, Qazaxıstan), Jiner Ju (18 yaş, Çin), GÜNAY MƏMMƏDZADƏ (20 yaş, AZƏRBAYCAN).
9-04-2021, 13:31
Geri dön