DataLife Engine / Turun oyunçusu

Turun oyunçusu

Rəhim Sadıxov (Sumqayıt)
“Sumqayıt” yenə səfərdə “Neftçi”yə qalib gəldi. “Kimyaçılar” ilk dəqiqələrdə hesabı açmaqla flaqmanı çətin vəziyyətdi qoydu. 11 metrlik cərimə zərbəsindən vurulan ikinci qol isə oyunun nəticəsini müəyyənləşdirdi. Hər iki halda önə çıxan bir futbolçu var idi: Rəhim Sadıxov. Yarımmüdafəçi dublla komandasının vacib qarşılaşmada qələbə qazanmasında əsas pay sahibi oldu. Bu səbəbdən də Sadıxov 6,5 xalla həm komandasının, həm oyunun, həm də həftənin ən yaxşı futbolçusu seçildi.
9-04-2021, 13:19
Geri dön