DataLife Engine / Anatoli Nuriyev Azərbaycana bağlılığından danışdı

Anatoli Nuriyev Azərbaycana bağlılığından danışdı

“Heç vaxt topu Ronaldo kimi bir küncə vurmuram”
Ukrayna "Minay"ında çıxış edən Anatoli Nuriyev yerli football24.ua saytına açıqlama verib. Cari mövsüm premyer-liqada 8 qolun 5-ni penaltidən vuran 26 yaşlı forvard öncə bu məsələyə aydınlıq gətirib: "Aşağı liqalarda heç vaxt penaltini boşa verməmişəm. 14 penaltinin hamısını dəqiq vurmuşam. Bəzən topu qapıçıya tərəf vururam, bəzən də küncləri nişan alıram. Topa yaxınlaşırsan və qərar verirsən. Bu psixologiyadı. Cari mövsümdə 2 penaltidən yararlana bilməmişəm. Bundan sonra eyni əminlik olmadı. Yəqin əsas hiyləm budu. Heç vaxt topu Ronaldo kimi bir küncə vurmuram. O, tez-tez sol küncü nişan alır, hərdən isə sağı seçir. Mən isə topu həm mərkəzə, həm də sağ və sol künclərə vururam".
Azərbaycanla bağlılığına da toxunan forvard deyib ki, atasının babası ölkəmizdə anadan olub: "Əvvəlcə Kiyevə, sonra isə Zakarpatyeyə gəliblər. Babam və atam burda anadan olublar".
Qeyd edək ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin milli komandamızın formasını geyəcəyi, demək olar ki, həllini tapıb. Nuriyev vətəndaşlıq almaq üçün bir neçə gün öncə Bakıya gələrək müvafiq sənədlərə qol çəkib.
6-03-2021, 11:13
Geri dön