DataLife Engine / Millidə yeni məşqçi?

Millidə yeni məşqçi?

Millidə yeni məşqçi?


Xəbər verdiyimiz kimi Dmitri Kramarenko ÇSKA-da məşqçi olaraq çalışacaq.

“Futbol+” xəbər verir ki, Moskva təmsilçisinin rəhbərliyi azərbaycanlı mütəxəssisin “iki cəbhə”də çalışmasının əleyhinə deyil. Onunla müqavilə bağlanarkən bu məqam nəzərə alınıb. Ancaq məşqçinin özü bir əldə iki qarpız tutmağa hazırdımı? Təbii ki, müasir futbolda belə nüanslara xüsisi diqət yetirilir. Kramarenkonun ailəsinin Rusiya payxatında yaşaması heç kimə sir deyil. Qızı Lalə Kramarenko (ruslar onu Lala kimi təqdim edir) bədii gimnastika üzrə Rusiya millisinin üzvüdü. Ailəsi onu çoxdan Moskvaya səsləyir. Bu üzdən Kramarenkonun Rusiyaya üz tutması başadüşüləndi. Ancaq bir mütəxəssisin iki yerdə işləməsi gələcək adına xoş heç nə vəd etmir. Dmitri Rusiya klubundan çalışmaq istəirsə və ÇSKA-nın təklifini qəbul edibsə, lap yaxşı. Bu, ölkə adına bizim üçün də şərəfdi. Ancaq bu gün onu millidə əvəz edə biləcək məşqçilər var. Bu üzdən Kramarenkonun həm Moskva təmsilçisində, həm də yığmada çalışması, millinin baş məşqçisi Canni De Byazinin bununla razılaşması anlaşılmazdı.

Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın da fikirlərini öyrəndik. Görəsən, yığmanın baş məşqçisi Kramarenkonun bu addımını necə qiymətləndirib? Firuz bəyin reaksiyası belə oldu:

“Dmitri Kramarenkoyla bağlı onu deyə bilərəm ki, bu gün milliyə qapıçılarla işləyən yeni məşqçinin təyinatı gündəmdə deyil. Özü də mətbuata bununla bağlı açıqlama verib ki, həm AFFA rəhbərliyi, həm də yığmanın baş məşqçisi ilə bu məsələni müzakirə ediblər. Klubların və yığmaların qrafikləri, adətən, bir-biri ilə kəsişmədiyindən, Kramarenkonun hazırda həm klubda, həm də millidə işləməsi problem deyil. Ancaq Dmitri müsahiblərində bildirib ki, onun üçün prioritet Azərbaycan yığmasıdı”.

RƏŞAD
20-01-2021, 00:40
Geri dön