DataLife Engine / Dario Federiko yoxlama oyununda qol vurdu

Dario Federiko yoxlama oyununda qol vurdu


Mahmud Qurbanov: “Onunla bağlı heç bir problem yoxdu”
Əsas komanda ilə yanaşı,“Neftçi-2” də mövsümün ikinci yarısına hazırlığı davam etdirir. Mahmud Qurbanovun çalışdırdığı kollektiv dünən yoxlama görüşündə birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar” 3:2 hesabıyla qalib gəlib. Komandanın qollarını Dario Federiko, Əlibəy Məmmədli və Ülvi İbrahimov vurub.
“Ağ-qaralar”ın əvəzedici heyətinin baş məşqçisi Mahmud Qurbanov qəzetimizə açıqlamasında hazırlıq prosesini dəyərləndirdi: “Yanvarın 6-dan məşqlərə başlamışıq. 12-dən isə öz bazamızda məskunlaşmışıq. Plana uyğun komanda gün ərzində bir və ya iki məşqə çıxır. Hər şey qaydasındadı. Fasilədə heyətdə əsaslı dəyişiklik etmək fikrimiz yoxdu. Ola bilsin, aşağı yaş qruplarından bir futbolçunu kollektivə cəlb etdik. Sevindirici haldı ki, düşərgədə zədəli oyuçu yoxdu. Bu gün (dünən) “Qaradağ Lökbatan”la yoxlama görüşü keçirdik və qalib gəldik. Bu fasilə dönəmində ilk belə oyunumuz idi. Sabah (bu gün) isə MOİK-lə qarşılaşacağıq”.
“Qaradağ Lökbatan”la qarşılaşmada əsas heyətin üzvü olmasına baxmayaraq, əvəzedicilərə göndərilən Dario Federiko da meydana çıxıb. Halbuki son günlər mətbuatda braziliyalının rəhbərliyin qərarına məhəl qoymadığı barədə xəbərlər yayılmışdı. Mahmud bəylə söhbətdə “sambaçı”nın durumuna da toxunduq: “Dario şəxsi işləri ilə bağlı ilk məşqlərə qatılmırdı. Ancaq son iki gündə komanda ilə birgə olub, hazırlıq prosesində iştirak edib. Bu gün də “Qaradağ Lökbatan”la matçda meydanda idi. Vurduğumuz 3 qoldan birinin müəllifi oldu. Onunla bağlı heç bir problem yoxdu”.
RƏŞAD
17-01-2020, 09:0
Geri dön