DataLife Engine / “Ağsu”nun icraçı direktoru qovuldu

“Ağsu”nun icraçı direktoru qovuldu


Rəşad Kərimov külli miqdarda yeyintiyə yol verib
Qara buludlar birinci divizionda mübarizə aparan, “Azqranat” şirkətindən maliyyələşən “Ağsu”nun başının üstündən çəkilmir. Bir ay öncə oyunları manipulyasiya etdiyinə görə iki oyunçusu futboldan uzaqlaşdırılan bölgə təmsilçisində bu dəfə icraçı direktoru Rəşad Kərimov “radara düşüb”. Yox, Rəşad bəyin adı oyunların nəticələrinin əvvəlcədən müəyyənləşməsində hallanmır. Heç AFFA da icraçı direktora hansısa irad bildirməyib. Kərimov klub rəhbərliyinin qəzəbinə tuş gəlib.
Dünən etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “Ağsu”da audit yoxlaması keçirilib. Təftişdən sonra məlum olub ki, neçə illərdi icraçı direktor postunu tutan Rəşad bəy külli miqdarda yeyintiyə yol verib. O rəhbərliyə xərcləri bilərəkdən şişirtməkdə, saxta kassa qəbzləri təqdim etməkdə günahlandırılır. Deyilənlərə inansaq, icraçı direktor 30 min manatdan çox vəsait mənimsəyib. Yoxlamanın nəticəsi məlum olan kimi rəhbərlik Kərimovu tutduğu vəzifədən uzaqlaşdırıb. Və ona deyilib ki, qısa vaxtda taladığı vəsaiti klubun büdcəsinə qaytarmalıdı. Əks halda ona dələduzluq maddəsi ilə cinayət işi açılacaq.
Söylənilənlərə aydınlıq gətirmək üçün dünən Rəşad Kərimovu aradıq. Lakin adı pul yeyintisində hallanan klub funksioneri gün ərzində zənglərimizi cavabsız qoydu.
RƏŞAD
13-12-2019, 08:0
Вернуться назад