DataLife Engine / MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər

MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər

MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər
Azərbaycan kubokunda 2019/20 mövsümünün iştirakçı komandaları müəyyənləşib. PFL-in rəsmi saytının yaydığı xəbərə görə, yarışda premier-liqanın 8 komandası ilə yanaşı, birinci divizion təmsilçiləri “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq. Göründüyü kimi, MOİK-lə “Turan Tovuz” ikinci cəbhədə yarışmaqdan imtina edib. Püşkatma mərasimi noyabrın 13-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15.00-da başlayacaq tədbirə KİV nümayəndələri dəvətlidi.
2-11-2019, 09:0
Geri dön