DataLife Engine / “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi”

“Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi”

“Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi”
Hörmətli “Futbol+”!
Əvvəla, hamınızı salamlayıram. Azərbaycanda sayılıb-seçilən, öz dəsti-xətti olan yeganə idman nəşrisiz. İdman, xüsusilə də futbol xəbərləri ilə bizi mənəvi “qidalandırdığınız” üçün bütün heyətinizə öz minnətdarlığımı bildirir və gələcək işlərinizdə uğurlar arzulayıram.
Millimizin macarlarla sonuncu oyunu məni bu məktubu yazmağa məcbur etdi. Hələ iki gün əvvəl U-21 əsas millimizin 21 il əvvəl bizə yaşatdığı rüsvayçılığı təkrar yaşadanda yazmaq istəmişdim bu məktubu. Səbr edib, gözlədim ki, bəlkə əsas yığmamız evdə macarları məğlub edər, yaramıza məlhəm olar.
Qardaş, bu nə oyundu, bu nə futboldu? Bu futboldusa, ingilislərin, ispanların, almanların oynadığı nə adlanır, görəsən? Yox, onlar futbol oynayırsa, bizim millinin oynadığı nədi bəs?
Nə düz-əməlli hücüm var, nə də doğru-düzgün ötürmə. Nə bir lider keyfiyyətli hücumçu var, nə də ümumiyyətlə, oyunu üzərinə götürə bilən oyunçu. Ən yaxşı bacardığımız arxaya ötürmə etməkdi, vəssalam. Yurçeviçi axı hansı uğurlarına görə gətirdilər? Uduzmaq uduzmaqdı, elə öz məşqçilərimizlə uduzuruq da.
Açığı, onsuz da millimizdən heç nə gözləmirdim. Lap 3 həftə yox e, 1 il toplanışda olsalar da, düzələn deyil. Necə ki AFFA-da - o boz binada futbolda çalışan, amma əslində futboldan başı çıxmayan adamlar oturub, belə də olacaq. Nə qədər ki Azərbaycan çempionatı adı altında Bakı liqası olacaq, belə də davam edəcək. Ən yaxşısı Rövnəq Abdullayev elə gəmilərini təmir etməklə məşğul olsun. Elxan Məmmədovun da dil biliyi yüksəkdi, Təhsil Nazirliyində-filan bir iş tapar özünə. Yetər ki Azərbaycan futbolunun yaxasından düşsünlər. Bəsdi biz azarkeşlərin hissi ilə oynadılar!
Yazılası o qədər söz var ki. Artıq iyrənirəm millinin oyunlarından.Udmaq da olar, uduzmaq da. Heç olmasa, oynayıb uduzun da, adam rahatlıq tapsın. Nə bilim, onsuz da boş sözlərdi, danışırıq özümüz üçün. Bir onu bilirəm ki, millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi.
Famil Salehoğlu
11-06-2019, 18:0
Вернуться назад