DataLife Engine / Alla Həsənova çempion oldu

Alla Həsənova çempion oldu

Alla Həsənova çempion oldu
Mayın 5-də Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində start götürən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən 4 mindən çox idmançının gücünü sınadığı yarışda növbə voleybolçulara çatıb. Kompleksdə yerləşən Zirvə Liseyinin idman zalında qızlar və oğlanlardan ibarət komandalar iki gün ərzində tamaşaçılara böyük voleybol bayramı yaşadıblar. Qızlarda “Azəri”, “Azerreyl”, 7 saylı İOEUGİM (Xətai rayonu) və 2 saylı RİOEUGİM, oğlanlarda isə “Neftçi”, “Zirvə”, 2 saylı RİOEUGİM, “Lokomotiv” və 1 saylı RİOEUGİŞM (Sumqayıt) dairəvi sistemlə mükafatçıları müəyyənləşdiriblər. Yığmamızın sabiq kapitanı Alla Həsənovanın çalışdırdığı “Azərreyl” qızların, 2 saylı RİOEUGİM isə oğlanların yarışında birinci yeri tutub.
21-05-2019, 14:40
Geri dön