DataLife Engine / Nəriman Abbasov çempion olub UFC-yə keçmək istəyir

Nəriman Abbasov çempion olub UFC-yə keçmək istəyir

Nəriman Abbasov çempion olub UFC-yə keçmək istəyir
“Qəbələ”nin döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” beynəlxalq MMA təşkilatının çempionu adı uğrunda mübarizə aparacaq.Yüngül çəki dərəcəsində çıxış edən idmançı kəmər uğrunda döyüşdə qazaxıstanlı Kuat Xamitovla üz-üzə gələcək. Abbasov döyüşə hazırlıq haqda fikirlərini klub saytına açıqlayıb: “Fight Night”ın çempionluq kəməri uğrunda döyüşə hazırlaşıram. Hazırlıq prosesini baş məşqçim Şəhriyar Abbasovun rəhbərliyi altında gerçəkləşdirirəm. Məşq prosesi yüksək səviyyədə, planlı şəkildə davam edir. Mənim üçün çox vacib döyüşdü. Bu, həyatımın ən vacib yarışıdı. Neçə illərdi buna görə məşq edib çalışırıq. Düzdü, artıq bir dəfə - 2016-cı ildə kəmər uğrunda döyüşmüşəm. Amma onda istəyimə çata bilmədim. Bu dəfə isə qalib gəlmək lazımdı”.
Abbasov rəqibi təhlil etdiklərini bildirməklə yanaşı, gələcək planları barədə fikir bildirib: “Rəqibimin döyüşlərini görmüşəm, videolarını izləmişəm. Məşqçimlə onun güclü və zəif tərəflərini təhlil etmişik. Bu haqda danışmaq istəməzdim. Kəməri qazandıqdan sonrakı planlar UFC ilə bağlıdı. Özümü bu nüfuzlu yarışda da sınamaq istəyirəm. Bu ilin yanvarında Taylandda toplanışda oldum. Həmin vaxt UFC-də döyüşən idmançılarla məşq keçir, sınaq döyüşləri keçirirdik. Onlar da bizim kimi idmançılardı. Hətta UFC təmsilçilərini üstələyirdim. Yarışın nüfuzlu olması o demək deyil ki, ordakı idmançılar daha güclüdülər. Amma öncə “Fight Night”ın kəmərini qazanmaq lazımdı”.
24-04-2019, 14:0
Вернуться назад