Sizin reklam burada

“Traktorsazi” əzəli rəqibinə də uduzdu

Baxış Sayı:69 804

“Traktorsazi” əzəli rəqibinə də uduzdu
İran çempionatında 3-cü turun oyunları keçirilib. Təbriz klubları fərqli nəticələrə imza atıb. Turun açılış matçında “Göstəriş Fulad” doğma meydanda debütant “Sepidrood”a qalib gəlib – 1:0. Görüşdəki yeganə qola 90-cı dəqiqədə Rza Xalegifar imza atıb. Təəssüf ki, “Traktosazi” bu turu da məğlubiyyətlə başa vurub. “Ağ-qırmızılar” Tehranın “Azadi” stadionunda əzəli rəqibi “İstiqlal”a minimal hesabla məğlub olub. 42-ci dəqiqədə Sərvər Ceparovun vurduğu qol “ağ-göylər”ə qələbə qazandırıb. İlk qələbəsini əldə edən “poladçılar” 3 xalla 12-ci pilləyə yüksəlib. Xalsız qalan “qurdlar” sonuncu – 16-cı yerdədi. Növbəti turda “Göstəriş Fulad” Xuzestanda “Fulad”ın qonağı olacaqsa, “Traktorsazi” Təbrizin “Səhənd” stadionunda “Neft Tehran”la münasibətləri aydınlaşdıracaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR