Sizin reklam burada

“Neftçi” iranlı legionerini oynada bilməyəcək

Baxış Sayı:350

“Neftçi” iranlı legionerini oynada bilməyəcək
Sabah futzal üzrə yüksək liqada 17-ci turun oyunları keçiriləcək. Turun bütün görüşləri Bakı İdman Sarayında baş tutacaq. Açılış matçında son illərin dəyişməz çempionu “Araz”la autsayder “Yasamal” İSK üz-üzə gələcək. Ötən turda “Yasamal” MFK ilə qarşılaşmalı olan, ancaq rəqibinin matça çıxmaması səbəbindən oynamadan 3 xala və liderliyə yiyələnən “Ekol”u “Xəzər Cənub”la çətin duel gözləyir. Hər halda, debütant son 7 oyunda uduzmayıb, üstəlik bu görüşlərdən 2-də “Araz”la, 1-də “Ekol”la heç-heçə edib, 1 dəfə “Neftçi”ni udub.
Tura “Liman” – “Neftçi” oyunu ilə yekun vurulacaq. Oyunu bir futzalçı buraxacaq. Belə ki, “Neftçi” sabah iranlı legioneri Məhəmməd Katebinin xidmətindən yararlana bilməyəcək. “Xəzər Cənub”la oyunda sarı vərəqə alan və beləliklə, 4-cü dəfə xəbərdarlıqla üzləşən Katebi cəzalı duruma düşüb.
Yasamal İSK – Araz
Hakimlər: Azad Hüseynov, Rahin Heybətov, Vaqif Musayev.
8 fevral. Bakı İdman Sarayı. Saat 12.30
Xəzər Cənub – Ekol
Hakimlər: Azər Əsgərov, Mehman Mahmudov, İsgəndər Əliyev.
8 fevral. Bakı İdman Sarayı. Saat 14.30
Liman – Neftçi
Hakimlər: Ramil Namazov, Anar Fərəcov, Vüsal Balaşov.
8 fevral. Bakı İdman Sarayı. Saat 16.30
1. Ekol 13 10 2 1 104-28 32
2. Araz 14 9 4 1 106-32 31
3. Neftçi 14 10 0 4 69-39 30
4. Xəzər Cənub 14 7 3 4 127-48 24
5. Yasamal MFK 13 4 1 8 70-61 13
6. Liman 13 2 0 11 40-136 6
7. Yasamal İSK 14 1 0 13 43-210 3
Bombaridlər: Hadi Rizvan (Xəzər Cənub) – 45, Xətai Bağırov (Araz), Namiq Məmmədkərimov (Ekol) – 27.
Futzal üzrə birinci divizionda isə sabah 17-ci tura start veriləcək. İki günə sığacaq turun görüşləri Bakı İdman Sarayında baş tutacaq. Sabah yüksək liqada da tur olacağını nəzərə alsaq, elitadakı ilk oyunun saat 12.30-a salınması anlaşılandı. Halbuki ötən tur 2 saat tez start götürmüşdü.
8 fevral
19.30 Metropoliten – Sabunçu
Hakimlər: Anar Fərəcov, Azər Əsgərov, Vüsal Balaşov.
20.30 Sovetski – Ulduz
Hakimlər: Azad Hüseynov, Elmir Quluzadə, Anar Fərəcov.
21.30 AZMİU – Zəngilan
Hakimlər: Mehman Mahmudov, Azad Hüseynov, Elmir Quluzadə.
22.30 ADBTİA – Baku Fans
Hakimlər: Elvin Ağayev, Mehman Mahmudov, İsgəndər Əliyev.
9 fevral
18.00 Yasamal MFK–2 – Baku Fire
Hakimlər: Ramil Namazov, Rahin Heybətov, Vüsal Balaşov.
19.00 Standard – Füzuli
Hakimlər: Rahin Heybətov, Ramil Namazov, Vüsal Balaşov.
20.00 Green Log – U-19
Hakimlər: Kənan Məlikov, Elman Musayev, Vaqif Musayev.
21.00 Çinar Cəbrayıl – Abşeron
Hakimlər: Elman Musayev, Kənan Məlikov, Vaqif Musayev.
1. Baku Fire 16 15 1 0 140-27 46
2. Standard 16 15 0 1 147-41 45
3. ADBTİA 16 14 1 1 148-20 43
4. U-19 16 10 2 4 137-40 32
5. AZMİU 16 10 1 5 95-58 31
6. Zəngilan 16 9 1 6 85-62 28
7. Green Log 16 8 2 6 78-62 26
8. Baku Fans 16 8 1 7 79-56 25
9. Metropoliten 16 7 2 7 72-107 23
10. Yasamal MFK- B 16 7 1 8 73-72 22
11. Ulduz 16 4 0 12 73-92 12
12. Sabunçu 16 3 2 11 41-131 11
13 Füzuli 16 3 2 11 46-129 11
14. Abşeron 16 3 1 12 63-145 10
15. Çinar Cəbrayıl 16 1 2 13 39-137 5
16. Sovetski 16 1 1 14 41-164 4

Oxşar xəbərlər
SON XƏBƏRLƏR