Sizin reklam burada

Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi

Baxış Sayı:569

Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi
"Qarabağ"ın qapıçısı Vaqner da Silva üçün Portuqaliya tanış ölkədi. "Çərçivə qoruyucusu" bu ölkənin bəzi klublarının şərəfini qoruyub. Qolkiper "Sportinq"lə səfər matçı ərəfəsində Portuqaliya mətbuatına müsahibə verib. Braziliyalı bunları deyib: "Demək olar, "Sportinq"in bütün oyunçularını tanıyıram. Bu isə mənim üçün əlavə üstünlükdü. Mən, sadəcə, Luiş Naniyə qarşı oynamamışam. Düşünürəm ki, yaxşı oyun sərgiləyəcəyik və bütün azarkeşlər bunu yüksək qiymətləndirəcək. Portuqaliyanın "Boavişta" və "Eştoril" klublarında yaxşı çıxış etmişəm. "Sportinq"ə qarşı keçirdiyim 7 oyundan yalnız 2-də məğlub olmuşam. Rəqibin heyətində heç bir futbolçuya qarşı xüsusi hazırlaşmamışıq. "Arsenal" və "Sportinq"i qrupun favoriti sayıram. "Qarabağ"ın xüsusən ev oyunlarına daha yaxşı motivasiya olacağını bilirik. Çünki doğma meydanda oynayanda çox güclü olduğumuzu bilirik. Şübhəsiz ki, "Qarabağ" Azərbaycanın ən böyük komandasıdı. Ardıcıl 5 dəfə ölkə çempionu olmuş, peşəkar və yaxşı qurulmuş klubdu. Rəqiblərin "Qarabağ"ı təhlil etməsi çox vacibdi. İnsanlar bu klubun və Azərbaycanda futbolun nə demək olduğunu bilmirlər. Bu komandaya gəlməyim mənim üçün sürpriz oldu. Klubda bizə hər cür dəstək verirlər. Oynamağı düşünməkdən başqa işimiz yoxdu. Bundan əlavə, baş məşqçimiz Qurban Qurbanov Azərbaycan millisinə də rəhbərlik edir".
Rəqib düşərgədən də maraqlı fikirlər var. "Sportinq"in futbolçusu Rafinya "Qarabağ"la matç haqda danışıb. Təcrübəli yarımmüdafiəçi onları evdə çətin sınaq gözlədiyini bildirib: "Avrokuboklarda oynamaq hər bir futbolçunun arzusudu, o cümlədən mənim. Meydana çıxanda əvvəlcə həyəcan hiss edirəm. Ancaq topa ilk toxunuşdan sonra bu hisslər ötür. Bizi ilk turda çətin matç gözləyir. Ancaq azarkeşlərimzin dəstəyi altında qələbə qazanmaq asan olacaq".
Bruno Fernandeşin fikirləri isə belə olub: "Qarabağ"ı yaxşı tanıyırıq. Hərçənd bu klub böyük ada malik deyil. Ancaq hazırkı rəqibimiz bizi ötən mövsüm Avroliqadan kənarlaşdıran komandaya - "Atletiko"ya hədsiz problem yaratdı. Fikrimcə, bizə də böyük çətinliklər yaradacaq. Lakin ümid edirəm ki, bu dəfə Avroliqaya qələbəylə start verəcəyik. Bu turnirdən gözləntimiz böyükdü. Ötən il çox şeyə nail olduq və indi irəliyə böyük ümidlərlə baxırıq".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR