Sizin reklam burada

Kintana Albaniyada oynaya bilməyəcək

Baxış Sayı:510

Kintana Albaniyada oynaya bilməyəcək
"Olimpiya" ilə cavab görüşünün birinci hissəsində zədələnib yerini Filip Ozobiçə verən "Qarabağ"ın futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib.İspaniyalı futbolçu növbəti avrokubok qarşılaşmasında komandasına kömək edə bilməyəcək. Buna səbəb yarımmüdafiəçinin ən yaxşı halda 1 həftə sonra komanda ilə birgə məşqlərə başlayacağıdı. Kintananın zədəsi vaxtında sağalsa, cavab görüşündə meydana çıxa bilər.
Qeyd edək ki, tərəflər arasındakı ilk oyun iyulun 25-də Albaniyada, cavab görüşü avqustun 1-də Bakıda keçiriləcək.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR