Sizin reklam burada

“Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı”

Baxış Sayı:437

“Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı”
Erkin İbrahimov Elşad Əhmədovun tərəfini tutdu
Son həftədə idman mediasında - Avropa liqasında çıxış edən təmsilçilərimizi çıxmaq şərti ilə - ən çox tənqid olunan klub “Sabah”dı. Elitanın debütantının yürütdüyü transfer siyasətini əksəriyyət tənqidlə qarşıladı. Mövsümlərarası fasilədə kollektivə qoşulan, ancaq iki həftədədən sonra müqaviləsinə xitam verilən Yosip Baliçin klub və Elşah Əhmədov haqda səsləndirdiyi fikirlər, baş məşqçini qeyri-peşəkarlıqda suçlaması isə “alovun üstünə benzin tökməyə” bənzədi. Xatırladaq ki, xorvat futbolçunu bəyənməyən klub rəhbərliyi ona təzminat ödəyib vətəninə yola salar-salmaz boş qalan mövqeyə daha bir legioneri, vaxtilə “Neftçi”də çıxış etmiş Erik Ramosu dəvət etməyi lazım bildi. Bir çoxlarının fikrincə, Ramosun yaxşı vaxtları geridə qalıb və o Azərbaycana futbol oynamağa yox, təqaüd ərəfəsində pulunu artırmağa gəlib. Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu zaman göstərəck. Ya Elşad Əhmədov bir neçə aydan sonra mətbuat konfranslarının birində yanlış seçim etdiklərini bildirib haqqında səsləndirlən tənqidləri “udmağa” məcbur olacaq, ya da onu ittiham edənlərə “boş yerə məni qınayırdız, bu da sizə “təqaüdçü” Ramos” deyib, vaxtında düzgün addım atdıqlarını bildirəcək.
Bəs görəsən, “Sabah”a yaxınlığı ilə seçilən, transfer məsələlərində debütanta yardımçı olan Erkin İbarhimov yaşananlara necə münasibət göstərir? O bu məsələdə səslənən tənqidləri haqlı sayır, ya yox? Erkin bəy bunları söylədi: “Əvvəlcə onu bildirim ki, Erik Ramosun “Sabah”a hansı xətt, kimin vasitəçiliyi ilə gəlməsindən xəbərim yoxdu. Ümumiyyətlə, adını çəkdiyiniz komandaya dəvət olunan legionerlər arasında elələri var ki, onları tanımıram. Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı. O ki qaldı Baliç məsələsinə, onunla yolları ayırmaq faciə deyil. Agentlik təcrübəmdə istər Azərbaycanda, istərsə də Avropada çox belə hal görmüşəm. Düzdü, xoşagəlməzdi, ancaq bunu baş məşqçinin qeyri-peşəkarlığı kimi qələmə vermək yanlışdı. Məgər Serbiyada, Xorvatiyada az olub ki, futbolçu ilə müqavilə bağlanılıb, bir ay ötməmiş anlaşma pozulub. Balkan mətbuatını yaxından izlədiyimə görə “Partizan”da, eləcə də başqa klublarda oxşar hadisələrin yaşandığını bilirəm. Onun Əhmədov haqda səsləndirdiyi fikirlərlə də razılaşmıram. Bir məşqçi bütün futbolçular üçün yaxşı ola bilməz. Fikrimcə, Baliç özü haqda danışsa, daha yaxşı olar. Yaxşı olardı ki, düşərgədə olan başqa legionerlərdən də baş məşqçi barədə fikir öyrəniləydi. Bilərdik ki, onlar Elşad müəllim haqda hansı fikirdədilər. Bu məsələdə mən baş məşqçinin tərəfindəyəm. Ona görə ki, çox savadlı mütəxəssisdi. Onsuz da Azərbaycanda bilikli məşqçilərin sayı azdı. Bu üzdən onları qorumalıyıq. Çox maraqlı, özünəxas futbol fəlsəfəsi və prinsipləri olan məşqçimizi nəyə görə hansısa gəlmə oyunçunun ayağına verməliyik?”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR