Sizin reklam burada

“Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq

Baxış Sayı:457

“Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq
Telekanallar “Proqres”lə cavab görüşünü yayınlamayacaq
Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Proqres” – “Qəbələ” oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib. Görüşü Şimali İrlandiyadan olan Keyt Kennedi idarə edəcək. Onun köməkçiləri Stefen Donaldson və Kristian Frensis Hanna olacaq. Dördüncü hakim funksiyasını Evan Boys yerinə yetirəcək. Oyunun hakim-inspektoru serbiyalı Milan Karaciç, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdu.
Keyt Kennediyə gəlincə, 27 yaşlı ədalət təmsilçisi FİFA referisi adını 2017-ci ilin yanvarında alıb. Bu günə kimi nə yığma, nə də klub səviyyəsində yollarımız kəsişməyən hakim beynəlxalq səviyyədə cəmi 8 oyun idarə edib ki, onun da ikisi Avropa Liqasına təsadüf edib. İdarə etdiyi matçlarda 5 dəfə penalti nöqtəsini göstərən şimali irlandiyalı bunlardan 4-nü meydan sahiblərinin, 1-ni isə qonaqların qapısına təyin edib. Qırmızı vərəqə üçün 3 dəfə əlini cibinə atan Kennedi hər 3 halda qonaqları cəzalandırıb. Sarı vərəqələrin nisbəti isə belədi 22-19.
İlk oyundan sonra Bakıya üz tutan “qırmızı-qaralar” Lüksemburq təmilsçisi ilə cavab görüşünə “Bakı”nın Biləcəridəki təlim-məşq bazasında hazırlaşır. Şənbə günü Sənan Qurbanovun yetirmələri məşq prosesini günün ilk yarısında gerçəkləşdirib. Futbolçular öncə fiziki, ardınca toplu çalışmaları yerinə yetiriblər. Yeri gəlmişkən, zədə səbəbindən Qəbələdəki matçı buraxan Cavid Hüseynov da ümumi kollektivlə birgə hazırlıq keçib. Onun Differdanjda baş tutacaq qarşılaşmada meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq.
Sonda şimallıların səfər planı barədə də məlumat verək. İlk oyunda 0:2 hesabı ilə yenilən “Qəbələ” iyulun 16-dan 17-nə keçən gecə Bakıdan İstanbula, ordan isə Lüksemburqa yollanacaq. Komanda “Hilton” otelində məskunlaşacaq. Klubun mətbuat katibi Anar Hacıyevdən əldə etdiyimiz bilgiyə görə, “qırmızı-qaralar” Lüksemburqda olduqları müddətdə iki məşqə - 17-si və 18-i - çıxacaq. “Proqres”lə cavab oyunundan öncə mətbuat konfransı keçiriləcək. Sənan Qurbanov yerli vaxtla saat 19.00-da jurnalistlərin qarşısına çıxacaq. Komanda isə 19.30-da oyunöncəsi son məşqini edəcək.
Bu arada “Qəbələ”nin rəqibindən də xəbər var. Deyəsən, səfərdə qazanılan qələbə “arılar”ı bir qədər də ilhamlandırıb. “Qırmızı-qaralar”dan fərqli, Lüksemburq təmsilçisi dünən daha bir yoldaşlıq matçı keçirib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. “Arılar” yerli “Yunes Kanax”la münasibətləri aydınlaşdırıb????? Ardınca isə bütün komanda üzvləri və rəhbərlik bir yerdə DÇ-2018-in finalını izləyiblər.
Yeri gəlmişkən onu da vurğulayaq ki, “Proqres” – “Qəbələ” oyunu heç bir telekanalla yayınlanmayacaq. Lüksemburq telekanalları oyuna maraq göstərmədiyindən “Qəbələ”nin saytı canlı yayın gerçəkləşdirəcək.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR