Sizin reklam burada

“Neftçi” Namiqi uzun müddətə itirdi

Baxış Sayı:399

“Neftçi” Namiqi uzun müddətə itirdi
Cavab görüşü yunanlara tapşırıldı
“Uypeşt”lə cavab görüşü ərəfəsində “Neftçi” ciddi itki ilə üzləşib. Macarlarla ilk oyunda zədələnərək əvəzlənən Namiq Ələsgərovun durumuna aydınlıq gəlib. Yarımmüdafiəçi şənbə günü növbəti dəfə müayinə olunub. 23 yaşlı futbolçu təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Müayinə zamanı məlum olub ki, Ələsgərovun sol dizində ön çarpaz bağ gərilib və hissəvi qopma olub.
Yeri gəlmişkən, onu da bilirək ki, artıq Budapeştdəki qarşılaşmanı idarə edəcək hakimlərin adları məlumdu. UEFA iyulun 19-da keçiriləcək matçı Yunanıstandan olan hakimlər briqadasına tapşırıb. Matçı Anastasios Papapetru idarə edəcək. Ona yan xətt hakimləri Trifon Petropulos və Vasilios Kamburis kömək edəcək. Dördüncü hakim funksiyasını isə Angelos Yevangelu yerinə yetirəcək. Görüşün hakim-inspektoru ispaniyalı Bernardino Qonsales Vaskes, UEFA nümayəndəsi Şimali İrlandiyanı təmsil edən İmon Neyton olacaq.
33 yaşlı Papapetru bu günə kimi 19 beynəlxalq oyun idarə edib. Onlardan yalnız ikisi Avropa Liqasına təsadüf edib. Qalanı isə əsasən müxtəlif yaş qrupları üzrə yığmaların oyunu olub. Yunan hakim bu matçlarda 6 dəfə penalti təyin etməklə yadda qalıb. O 3 dəfə meydan sahiblərinin, 3 dəfə də qonalqarın xeyrinə “nöqtə”ni göstərib. Papapetrunun qırmızı vərəqəylə arası yoxdu. Məhz bu səbəbdən onun fit çaldığı oyunlarda yalnız bir futbolçu meydanı erkən tərk etmək məcburiyyətində qalıb ki, bu da qonaqların payına düşüb. 24 dəfə meydan sahiblərinə sarı vərəqə göstərən ədalət təmsilçisi 27 dəfə də qonaqlara xəbərdarlıq edib.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR