Sizin reklam burada

Çingiz Abdullayev 0:8-i unutmayıb

Baxış Sayı:542

Çingiz Abdullayev 0:8-i unutmayıb
“Neftçi” Avroliqa mübarizəsinə uğurlu start verdi. Yarışın 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Macarıstan “Uypeşt”i ilə qarşılaşan ağ-qaralar 3:1 hesablı qələbə qazandı. Özü də Roberto Bordinin yetirmələri hesabda geri düşdükləri halda, geridönüş etməyi bacardı. Bu isə paytaxt təmsilçisinin növbəti mərhələ şansını xeyli artırdı. Klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev “feysbuk” profilində bununla bağlı maraqlı paylaşım edib. Həmin fikirlər belədi: “Cəmiyyətdə əsas dəyişiklik – insanların şüurundakı dəyişiklikdi. “Qəbələ”dən aldığımız məğlubiyyət yaxşı yadımdadı, 8 qol buraxmışdıq. Üç gün bazada qalmışdım. Həyatımda bu qədər utanmamışdım! O cümlədən, meydanda olanların əksəriyyətinin qeyri-peşəkarlığına görə. Dünən “Neftçi” qalib gəldi. Bir qələbə hələ ki heç nəyi həll etmir. Ancaq ən vacib hadisə yaşandı. Matçdan dərhal sonra komandanı təbrik etmək üçün Müşahidə Şurasının üzvləri və klub rəhbərliyi paltardəyişmə otağına düşdük. Futbolçulara mükafat alacaqları barədə elan verdik. Və onda futbolçular özləri təklif etdilər ki, pul verməyək! Bunu qarşıdakı cavab oyununun olması ilə izah etdilər. Bax, belə! Macarıstanın 20 qat çempionu bizə qalib gələ bilər. İstənilən digər qarşılaşmadan məğlub ayrıla bilərik. Məğlubiyyətdən heç kim “sığortalanmayıb”, hətta Almaniya və Braziliya yığmaları da. Ancaq uşaqlar əsas qələbələrini artıq qazandılar! Onlar özlərinə hörmət qoyan peşəkar olmağa başlayıblar! Avrokubok matçında evdə məğlub duruma düşsələr də, uşaqlar ruhdan düşmədilər və son dəqiqəyədək mübarizə apararaq 3 qol vurdular! Əsas dəyişikliklər – insan şüurundakı dəyişikliklərdi! Özü də tək futbolda yox!”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR