Sizin reklam burada

“Qarabağ” üçün ÇL-də debüt edən təhlükəli hakim

Baxış Sayı:572

“Qarabağ” üçün ÇL-də debüt edən təhlükəli hakim
“Olimpiya” ilə oyunun biletləri satışdadı
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ın qarşılaşacağı "Olimpiya"yla matçın biletləri iyulun 11-dən etibarən satışa çıxarılıb. Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərsiz. Bilet əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı. Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiz. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdı. Dünənə olan məlumata görə, artıq 5 mindən çox bilet satılıb.
Şatış məntəqələri bunlardı:
T0 ofiq Bəhramov adına Respublika stadionunun kassaları (11.00-20.00)
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt; I - V: 10.00 - 19.00, VI-VII: 10.00-17.00, fasilə: 14.00 – 15.00)
Heydər Əliyev Sarayının kassası (11.00 - 19.00, fasilə: 14.00-15.00)
28 Mall (10.00 – 22.00)
Gənclik Mall (10.00- 22.00)
Park Bulvar (Qarabağ FK Fanshop, 10.00 – 22.00)
M.Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı, 10.30-18.30, fasilə: 15.00-16.00)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı, 11.00-19.00, fasilə: 15.00 - 16.00)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası, 10.00-18.00, fasilə: 14.00 - 15.00)
Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” matçı iyulun 18-də, saat 21.00-da start götürəcək.
Ötən sayımızda “Qarabağ” – “Olimpiya” qarşılaşmasının İsraildən olan hakimlər briqadasına tapşırıldığını xəbər versək də, Erez Papir haqda geniş məlumat təqdim etməmişdik. Əvvəla onu qeyd edək ki, sentyabrda 38 yaşını tamamlayacaq referi 2015-ci ildən beynəlxalq oyunlara təyinat alır. Və bu müddətdə cəmi 17 matçda iş başında olub. U-17, U-19 və U-21 millilərinin seçmə mərhələ qarşılaşmalarını idarə edən Papir Avroliqanın təsnifat mərhələsində vur-tut 5 dəfə iş başında olub. Və indiyə qədər heç bir görüşdə yolu bizimkilərlə kəsişməyib. Bu isə o deməkdi ki, Bakıya səfər Erez üçün ilk olacaq. İlk olan təkcə bu fakt deyil. Daha bir maraqlı məqam İsraildən olan hakimin Çempionlar Liqasında debüt etməsidi. Üç il yarımdı ciddi oyunlara təyinat alan referi heç vaxt Avropanın bir nömrəli klub turnirində görünməmişdi. Hüç şübhəsiz, bu məqam Papirin çıxışına təsir edə bilər. Hər halda, Çempionlar Liqasını U-17-lərin, yaxud U-19-ların oyunu ilə bir tuta bilmərik.
17 qarşılaşmada futbolçulara 55 dəfə sarı vərəqə göstərib ki, bunlardan 30-u meydan sahiblərinin payına düşüb. Elə penalti və qırmızı vərəqə sayında da ev sahiblərinə qarşı amansız olduğu görünür. Təyin etdiyi 3 penaltidən 1-i qonaqların payına düşdüyü halda, 2 halda meydan sahibləri cəzalanıb. Eyni göstərici qırmızı vərəqəyə də aiddi. Oyunların yekun nəticəsiylə bağlı göstərici də qonaqların xeyrinədi. 7 matçda ev sahibləri sevindiyi halda, 8 dəfə qonaqların üzü gülüb, 2 dəfə isə heç-heçə qeydə alınıb. Odu ki, “Qarabağ” bu hakimdən ehtiyatlanmalıdı.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR