Sizin reklam burada

“Komandamız hələ ki potensialının 50 faizini oynayır”

Baxış Sayı:589

“Komandamız hələ ki potensialının 50 faizini oynayır”
Zaur Axundov “Keşlə”nin “artırdığını” düşünür
“Keşlə”nin “Zirə” üzərində qələbəsini klubun Müşahidə Şurasının sədri Zaur Axundov da izlədi. Qarşılaşmadan sonra isə Zaur bəy jurnalistlərin suallarını cavabladı.
- Ağır matç oldu. Təbii ki, əsas nəticə idi. Komandanı təbrik edirəm. Yaxşı, əzmkar oyun göstərdilər. "Neftçi"ylə növbəti qarşılaşmaya hazırlaşacağıq.
- Komandanız hələ ki evdə yox, səfərdə qələbələr qazanır...
- Bizə 3 xal lazım idi ki, bunu da qazandıq. Təbii, bu məqam da böyük amildi. İnanıram ki, növbəti görüşlərdə doğma meydanda da azarkeşlərimizi sevindirəcəyik.
- Komandanın çıxışı sizi razı salırmı və oyundan-oyuna irəliləyiş hiss edirsiz?
- İrəliləyiş var. Düzdü, orta xətdə boşluqlar nəzərə çarpır. Lakin futbolçularımız tədricən “artırırlar”. Fikrimcə, 1-2 tura komandamız tam hazır olacaq.
- Mətbuatda yeni transferlərdən narazı olduğunuz və bu üzdən Yuri Maksimova irad bildirdiyiniz yazılmışdı. Həqiqətən belə olub?
- Yox, belə bir şey yoxdu. Bu xəbəri yazan sayt mənim üçün sıfırdı, boşluqdu. Ona heç fikir də vermirəm. 2-3 gün əvvəl yazmışdılar ki, Yuri Maksimov gedib. Halbuki həmin xəbər çıxan vaxt məşqdə idi. Yalnız Maksimov yox, seleksiya üzrə məşqçilərin də birgə məsləhətləşmələri ilə transferlər gerçəkləşdirilib. Zaur Axundov transfer etmir. Transferlərə baş məşqçi və köməkçiləri cavabdehdi. Mən bu məsələlərə qarışmıram.
- Bu heyətlə ölkə kubokunu qazanmaq realdı?
- Futbolda hər şey ola bilər. Lakin komandamız hələ ki potensialının 50 faizini oynayır. Yaxşı ki, kubok oyunumuza hələ vaxt var. Fikrimcə, məşqçilərimizin səyləri nəticəsində "Keşlə" pik nöqtəyə çatacaq. Təki zədələr olmasın. Qarşıda hələ çempionat oyunları var. Oynamalı və nəticə göstərməliyik.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR