Sizin reklam burada

72, yoxsa 74?

Baxış Sayı:564

72, yoxsa 74?
Aslan Şahgəldiyev: “Saytımızdakı siyahıya istinad edin”
Klublarımız kimi Antalyada hazırlıq keçən hakimlər də qardaş ölkədəki toplanışı başa vuraraq vətənə dönüblər. Ədalət təmsilçiləri toplanışın son günündə 6 oyun idarə ediblər.
2 fevral
Dinamo (Sankt-Peterburq, Rusiya) – Vatlşayt (Almaniya)
Hakimlər: Ramil Diniyev, Elman Kərimov, Vüsal Qənbərov
Lapi (Kosovo) – Suduva (Litva)
Hakimlər: Nicat İsmayıllı, Mübariz Haşımov, Namiq Hüseynov.
Napredak (Serbiya) – Trençin (Slovakiya)
Hakimlər: Xəlil Xəlilov, Yaşar Abbasov, Zeynal Zeynalov.
Pirin (Bolqarıstan) – Orenburq (Rusiya)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüqar Bayramov.
Tom (Rusiya) – Dunarea (Rumıniya)
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Elşad Abdullayev
Xəzər (Azərbaycan) – Qarabağ (Vyana, Avstriya)
Hakimlər: Orxan Məmmədov, Cəmil Quliyev, Rza Məmmədov.
Beləliklə, oyun sayı 72-yə bərabər olub. Amma...Məsələ burasındadı ki, istər Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, istərsə də PFL prezidenti Ramin Musayev son müsahibələrində bizimkilərin 74 matçda iş başında olduğunu bildiriblər. Halbuki elə Musayevin rəhbərlik etdiyi qurumun rəsmi saytına qısaca göz gəzdirməklə dəqiq rəqəmi üzə çıxarmaq olar. Günlər üzrə oyun təqvimini bir daha nəzərinizə çatdırırıq: 20 yanvar – 4 oyun; 21 yanvar – 6; 22 yanvar – 3; 23 yanvar – 7; 24 yanvar – 5; 25 yanvar – 7; 26 yanvar – 7; 27 yanvar – 4; 28 yanvar – 5; 29 yanvar – 5; 30 yanvar – 3; 31 yanvar – 6; 1 fevral – 4; 2 fevral – 6.
Görünür, əvvəlcədən təşkilatçılar bizimkilərə 74 oyun söz veriblər. Ancaq hansısa oyun baş tutmayıb. Bunu PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də ehtimal etdi: “Saytımızdakı siyahıya istinad edin. Çünki biz oyunlar başa çatandan sonra siyahını əldə edib sayta qoyurduq. Ola bilsin, hansısa oyun yağış və ya digər səbəbdən baş tutmayıb”.
Yeri gəlmişkən, Xaqani Məmmədov Antalyada hamıdan çox Orxan Məmmədova şans verib. Sabiq FİFA referisi 7 sınaq matçına göndərilib. Təcrübəlilərdən Rəhim Həsənov, Elvin Əsgərov, həmçinin gənc hakimlərdən Nicat İsmayıllı və Vüqar Həsənli hərəyə 6 görüşdə fit çalıblar. Altı hakim – Ramil Diniyev, İnqilab Məmmədov, Rəvan Həmzəzadə, Xəlil Xəlilov, Etibar Həsənov və Rəşad Əhmədov isə 5 oyuna göndəriliblər. FİFA referisi Əliyar Ağayev cəmi 3 oyun idarə edib və bu göstəricidə hətta Nail Nağıyev və Ziya Nəsirovdan da geridə - sonuncu sıradadı. Bu da başadüşüləndi, istedadlı referimiz toplanışın ilk həftəsini tamamlayar-tamamlamaz yanvarın 26-da Antalyadan birbaşa Maltaya yollanıb. Baş hakimlərin günlər üzrə oyun cədvəli isə belədi:
Orxan Məmmədov – 7 (21 yanvar, 22 yanvar, 24 yanvar, 26 yanvar, 29 yanvar, 31 yanvar, 2 fevral)
Rəhim Həsənov – 6 oyun (20 yanvar, 23 yanvar, 25 yanvar, 28 yanvar, 30 yanvar, 2 fevral)
Elvin Əsgərov – 6 (21 yanvar, 23 yanvar, 26 yanvar, 27 yanvar, 31 yanvar, 2 fevral)
Nicat İsmayıllı – 6 (23 yanvar, 25 yanvar, 29 yanvar, 30 yanvar, 1 fevral, 2 fevral)
Vüqar Həsənli – 6 (22 yanvar, 24 yanvar, 26 yanvar, 27 yanvar, 28 yanvar, 31 yanvar)
Ramil Diniyev – 5 (21 yanvar, 25 yanvar, 28 yanvar, 30 yanvar, 2 fevral)
İnqilab Məmmədov – 5 (20 yanvar, 23 yanvar, 25 yanvar, 27 yanvar, 1 fevral
Rəvan Həmzəzadə - 5 (20 yanvar, 23 yanvar, 25 yanvar, 27 yanvar, 29 yanvar)
Xəlil Xəlilov – 5 (22 yanvar, 24 yanvar, 26 yanvar, 28 yanvar, 2 fevral)
Etibar Həsənov – 5 (23 yanvar, 26 yanvar, 29 yanvar, 31 yanvar, 1 fevral)
Rəşad Əhmədov – 5 (21 yanvar, 24 yanvar, 26 yanvar, 28 yanvar, 31 yanvar)
Nail Nağıyev – 4 (21 yanvar, 25 yanvar, 31 yanvar, 1 fevral)
Ziya Nəsirov – 4 (21 yanvar, 24 yanvar, 26 yanvar, 29 yanvar)
Əliyar Ağayev – 3 oyun (20 yanvar, 23 yanvar, 25 yanvar)
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR