Sizin reklam burada

Məşqçi və kapitanlar kubokun ətrafında

Baxış Sayı:588

Məşqçi və kapitanlar kubokun ətrafında
Futzalçılarımız üçün seminar
Dünən "Arena Stojiçe"də Avropa çempionatının final mərhələsinə qatılacaq bütün komandaların baş məşqçi və kapitanlarının akkreditasiyadan keçmiş media namyəndələri ilə görüşü təşkil edilib. Əvvəlcə həm baş məşqçilər, həm də kapitanlar yekunda qalib komandaya təqdim olunacaq kubokla şəkil şəkdiriblər. Daha sonra komandalar üçün ayrılan masanın yanında yer alan nümayəndələr media əməkdaşlarının suallarını cavablayıblar. Əsas diqqət birinci turda meydana çıxacaq komandalara yönəlib. Millimizin kapitanı Rizvan Fərzəliyev isə komandanın hazırlığından, qarşıya qoyulan məqsəddən danışıb: “Yaxşı hazırlaşmışıq. Avropa çempionatının final mərhələsində ardıcıl 5-ci dəfə iştirak edəcəyik. Bu mərhələnin “dad”ını bilirik. Hətta debüt ilində uğur da qazanmışıq. Bu dəfə də burdan yaxşı nəticə qazanıb ayrılmaq istəyirik”.
Yanvarın 28-dən Sloveniyada olan millimizin üzvlərinə dünən Lyublyana şəhərindəki "Austria Trend Hotel"də seminar keçirilib. UEFA hakim-inspektoru İvan Novak qaydalarla bağlı futzalçıların diqqət etməli olduğu məqamları çatdırıb, sualları cavablayıb, hazırlanmış videoçarx nümayiş etdirilib.

Başlayır!
Yığmamız sabah rəqibləriylə tanış olacaq
Beləliklə, bu gün futzal üzrə 11-ci Avropa çempionatına start verilir. Qitə çempionatına bu dəfə Sloveniya evsahibliyi edir. Avropanın 12 ən güclü komandası paytaxt Lyublyanadakı “Arena Stojitse”də qüvvəsini sınayacaq. 12 gün davam edəcək yarışa millimiz fevralın 2-dən qoşulacaq. Ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə yüksələn yığma D qrupunda mübarizə aparacaq. Joze Alesio da Silvanın rəhbərlik etdiyi komanda İspaniya və mərhələnin debütantı Fransa ilə yarışacaq. İlk turda dincələn Joze Alesionun yetirmələri sabah İspaniya və Fransanın görüşünü izləyəcək. Rəqiblərimizin oyunu saat 23.45-də başlayacaq.
Qeyd edək ki, millimizin ilk oyunu Bakı vaxtı ilə 21.00-da, iki gün sonrakı matçı 23.45-də başlayacaq. 1/4 finala vəsiqə qazanmaq üçün futzalçılarımız ilk iki yerdən birini tutmalıdı.
AÇ-2018
Final mərhələsi
A qrupu: Sloveniya, İtaliya, Serbiya
B qrupu: Rusiya, Qazaxıstan, Polşa
C qrupu: Portuqaliya, Ukrayna, Rumıniya
D qrupu: İspaniya, Azərbaycan, Fransa

Qrup mərhələsi
1-ci tur
30 yanvar
21.00. Sloveniya – Serbiya
23.45. Rusiya – Polşa
31 yanvar
21.00. Portuqaliya – Rumıniya
23.45. İspaniya – Fransa
Azərbaycanda “CBC Sport”, dünyada...
Avropa çempionatı dünyanın dörd bir tərəfində izləniləcək. Avropada 14 telekanal bu və ya başqa formada yayın təşkil edə biləcək. Ölkəmizdə isə “CBC Sport” müstəsna hüquqa sahibdi. Belə ki, telekanal təkcə yığmamızın yox, AÇ-nin bütün oyunlarını yayınlaya bilər. Qitədə və ümumiyyətlə, bütün dünyada “Arena Stojitse”dən yayın, videoreportaj təşkil edə bilən kanalları nəzərinizə çatdırırıq:
Avropa
Azərbaycan: CBC Sport
Bosniya və Hersoqovina, Makedoniya, Serbiya, Sloveniya, Xorvatiya, Monteneqro: SportKlub (Serbiya və Sloveniyanın bütün oyunları, yarımfinal və final), UEFA.com/UEFA.tv
Danimarka, Norveç, Farer adaları, Finlandiya, İsveç, Qrenlandiya: Viaplay
Qazaxıstan: Xabar, www.khabar.kz (yalnız Kazaxıstan millisinin oyunları)
İspaniya, Andorra: DMax, Mega/Atresplayer
İtaliya, San Marino, Vatikan: Fox
Polşa: Polsat
Portuqaliya: RTP (RPT2/RTP Play)
Rımıniya: Pro X/www.voyo.ro
Rusiya: Мatç TV, UEFA.com/UEFA.tv
Türkiyə: S Sport/www.ssport.tv
Ukrayna: TPK Ukraina (Futbol1/Futbol2/www.oll.tv)
Fransa: L'Equipe (canlı yayın və axşam icmalı)
Avropadan kənarda
Əlcəzair, Bəhreyn, Cibuti, Misir, İordaniya, İran, İraq, Yəmən, Küveyt, Livan, Liviya, Mavritaniya, Mərakeş, Oman, BƏƏ, Fələstin (Qəzza bölgəsi və İordan çayının qərb sahili), Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Somali, Sudan, Tunis, Çad: beIN Sports
Argentina, Boliviya, Venesuela, Qvatemala, Dominikan Respublikası, Kolumbiya, Kosta Rika, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Salvador, Uruqvay, Çili, Ekvador: ESPN
Çin: Super Sports
ABŞ: ESPN, Univision
Qalan ərazilər
UEFA.com/UEFA.tv
Bukmekerlər yığmamızın şansını necə dəyərləndirir?
AÇ ərəfəsində bukmeker kontorları komandaların turnirdəki qələbə əmsallarını dəyərləndirir. Əksəriyyət yenə yeddiqat çempion İspaniyanın qalib olacağını düşünür. Nüfuzlu kontorlar pireneylilərin titulunu qorumaq şansını 2.50 əmsalla dəyərləndirir. Bu komandanın finalda olmayacağına isə cüzi – 1.20 əmsal verilir. İkinci sırada, təbii ki, Rusiya gəlir. “Üçlüy”ü Portuqaliya tamamlayır. Mövqeyini əldən verməkdə olan İtaliya və Qazaxıstanın qalib olmaq şansı eyni - 10.00-a bərabər sayılır. Yığmamıza gəlincə, Alesionun komandasının titul qazanacağına inanıb 1 manat pul qoyuluşu edənlər 19 qat qazanc əldə edə bilərlər.
İspaniya 2.50
Rusiya 3.60
Portuqaliya 7.00
İtaliya 10.00
Qazaxıstan 10.00
Azərbaycan 19.00
Ukrayna 25.00
Serbiya 37.00
Sloveniya 50.00
Rumıniya 110.00
Fransa 115.00
Polşa 200.00
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR