Sizin reklam burada

Yunis Hüseynov Darionun yolunu gözləyir

Baxış Sayı:615

Yunis Hüseynov Darionun yolunu gözləyir
Tural Nərimanov yenidən “Kəpəz”də
Yanvarın 17-dən 18-nə keçən gecə ölkəni tərk edərək Bakı – İstanbul - Antalya reysi ilə Türkiyəyə yollanan “Kəpəz”lilər artıq mənzil başındadı. Bələkdəki “Arkadia” otelində məskunlaşan komanda üzvləri gündə iki məşqə çıxır. Səhər çalışmaları əsasən fiziki hazırlığın yüksəldilməsinə hesablanıbsa, axşam məşqlərində toplu çalışmalara üstünlük verilir.
Müqavilə bağlanan iki legioner – Quili Mancqaladze ilə Sergey Litovçenkodan başqa düşərgədə daha bir əcnəbi var – Dieqo Qusmao. Lakin braziliyalı yarımmüdafiəçi ilə hələ ki rəsmi müqavilə bağlanmayıb. Yunis Hüseynovun qərarı qəti olsaydı, Dieqo da digər iki legioner kimi komanda hələ Bakıda olanda sənədə imza atardı. Karyerasını yenidən “Kəpəz”də davam etdirəcəyi gözlənilən Dario Federikodan xəbər var. Gəncəli azarkeşlərin sevimlisi bu gün səhərə yaxın Antalyada olmalıydı. “Arkadia”ya təşrif buyuran kimi məşqlərə start verəcək. Yunis Hüseynov Dariodan başqa daha iki əcnəbinin yolunu gözləyir.
İndiyə qədər Mancqaladze ilə Litovçenkodan başqa Samir Zərgərov, Murad Səttarlı, Roman Hüseynov və Tərzin Cahangirovu rənglərinə bağlayan “sarı-göylər” daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib. O da Dario kimi bundan əvvəlki iki mövsümdə “Kəpəz”in uğurları üçün tər tökən, lakin yayda Şahin Diniyevin istəyi ilə komandadan kənarlaşdırılan Tural Nərimanovdu. Vaxtilə “Neftçi” və AZAL-da çıxış edən mərkəz müdafiəçisiylə mövsümün sonuna qədər razılıq əldə olunub.
Antalyada olduğu iki həftə ərzində dörd yoldaşlıq görüşü keçirəcək gəncəlilər ilk qarşılaşmaya birisigün çıxacaq. Yanvarın 22-dəki rəqib Rumıniya “Vitorul”udu.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR