Sizin reklam burada

Futzalçılar İsfahana yollandı

Baxış Sayı:579

Futzalçılar İsfahana yollandı
İranda keçiriləcək “4 Top Nations” turnirində iştirak edəcək futzal millimizin yekun heyəti açıqlanıb. Baş məşqçi Joze Alesio da Silva İsfahanda güvənəcəyi “14-lüy”ü müəyyənləşdirib ki, Bakıdakı təlim-məşq toplanışına dəvət olunan 17 futzalçıdan üçünün xidmətindən imtina edib. Belə ki, dekabrın 2-7-si aralığında keçiriləcək yarışa Anar Məmmədov, Xətai Bağırov və Nihat İsmayılov aparılmayıb. Alesio beynəlxalq turnirdə Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo, Qallo, Vilela, Tyaqo, Qabriel, İsa Atayev, Ramiz Çovdarov (hamısı “Araz”), Renat Sultanov, Seymur Məmmədov (hər ikisi “Marafon”), Samir Həmzəyev, Emin Kürdov (hər ikisi “Ekol”) və Vassuranın ("Əl Dhafra”, BƏƏ) xidmətindən yararlanmağı düşünür.
Qeyd edək ki, komanda dünən gecə, saat 23.30-da Bakını tərk edərək Tehrana uçub. Bir saat havada qalan komanda üzvləri İranın paytaxtından İsfahana 3 saatlıq yolu avtobusla qət edib. Millimiz İsfahanın “Kövsər” otelində məskunlaşıb. Yarışa sabah start veriləcək ki, Alesionun komandası dübütdə meydan sahibi ilə qarşılaşacaq. Dekabrın 4-də rəqib Rusiya, 6-da isə Qazaxıstan olacaq.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR