Sizin reklam burada

Vassura komandasının yeganə braziliyalısıdı

Baxış Sayı:651

Vassura komandasının yeganə braziliyalısıdı
“Bu nəticə futzal aləmində sensasiya sayılır”
Yayda təkcə “Araz”ın baş məşqçi postunda yox, heyətində də bir sıra dəyişikliklər oldu. Fineo və Vassuranın gedişi Naxçıvan təmsilçisini ciddi şəkildə zəiflətdi. Xüsusilə də ikincinin düşərgəyə qayıtmaması klub rəhbərliyinin planlarına daxil deyildi.
Karyerasının ölkə xaricində davam etdirən futzal üzrə Azərbaycan millisinin hücumçusu Vassuranın AFF-nin rəsmi “feysbuk” səhifəsinə müsahibəsini nəzərinizə çatdırırıq.
- İndi hansı klubda çıxış edirsən?
- Yayda “Araz”dan ayrıldım və karyeramı başqa klubda davam etdirmək qərarına gəldim. Hazırda Dubaydayam və bu şəhərin təmsilçisi olan “Əl Dafra” klubunun formasını geyinirəm.
- Komandanız güclülər dəstəsində çıxış edir?
- Əlbəttə, güclülər dəstəsində çıxış edirik. Hazırda çempionatda 10 komanda mübarizə aparır. Oyunlar kifayət qədər maraqlı və gərgin keçir.
- “Əl Dafra”da neçə braziliyalı futzalçı var?
- Komandamızın yeganə braziliyalısı mənəm.
- Futzalımızla necə, maraqlanırsan?
- Təbii ki, maraqlanıram. Qarşıda Avropa çempionatının final mərhələsi var. Çox vacib yarışdı. Komanda dünya çempionatından sonra bu turnirdə də ən güclülər sırasında yer almalıdı. Milliyə dəvət etsələr, oynamağa hazıram.
- Sonuncu dəfə millidə oynayanada baş məşqçi Biro Jade idi. İndi isə Alesio da Silva dəvət edilib. Yeni baş məşqçi haqda nə düşünürsən?
- Alesio güclü, ağıllı mütəxəssisdi. Xüüsusilə də taktiki planda hər zaman yenilik etməyi sevir. Onunla müsbət nəticələr qazanmaq mümkündü. Milliyə faydalı olacağına inanıram.
- Amma “Araz” onun rəhbərliyi altında elit-raunda yüksələ bilmədi.
- Nəticələrdən xəbərim var. İnternet vasitəsilə izləyirdim. “Araz” xüsusi çəkisi olan bir klubdu. Onların mübarizəni erkən dayandırmasını heç kim gözləmirdi. Əksinə, daha güclü çıxış edəcəklərinə, yaxşı nəticə qazanacaqlarına ümid edirdim. Səbəbini isə deyə bilmərəm. Çünki komandada deyiləm. Əslində bu nəticə futzal aləmində sensasiya hesab edilir.
- Millinin yer aldığı qrupla bağlı fikirlərin necədi?
- İspaniyanın qazandıqları ortadadı. Bu komanda dəfələrlə dünya, Avropa çempionu olub. Qatıldığı yarışın statusundan asılı olmayaraq, onlar bir nömrəli favoritdilər. Düzdü, dünya çempionatında onlara qarşı layiqli mübarizə apardıq. Amma sonra səviyyə fərqi sözünü dedi. Fransanın ilkin mərhələdən bura yüksəlməsi elə-belə iş deyil. Bu yolda hansı komandaları kənarlaşdırıblar, buna baxmaq lazımdı. Xorvatiya kimi Avropa çempionatlarında mütəmadi iştirak edən komandanı mübarizədən kənarlaşdırıblar. Fərdi baxımdan seçilən oyunçuları var, internetdən oyunlarını izləmişəm. Deməli, ehtiyatlanmaq lazımdı. Final mərhələsində ən ağır qrupa düşmüşük desəm, yanılmaram.
- Bu dəfə finala çıxmaq şansımız varmı?
- Hər şey futzalçıların durumundan asılıdı. Bütün oyunçuları toplanışa dəvət edib, ən güclüləri final mərhələsinə aparmaq vacibdi. Azərbaycan millisi hazırda güclülərdən sayılır. Optimal heyət yığılsa, mükafatçılar sırasına düşə bilərik.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR