Sizin reklam burada

Şeydayev “Trabzonspor”u cəzalandıra bilmədi

Baxış Sayı:437

Şeydayev “Trabzonspor”u cəzalandıra bilmədi
İsrafilov “Kadis”in əsas heyət üzvünə çevrilir

Rusiyanın 1-ci divizionunda 4-cü turun oyunları keçirilib. “Fakel” Voronejdə “Tümen”ə qalib gəlib – 1:0. Samir Məsimov qələbəni ehtiyat oyunçular skamyasından izləyib. 5 xalla 12-ci pilləyə yüksələn “Fakel” növbəti turda “Sibir”in qonağı olacaq.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Kopenhagen”ə uduzmaqla mübarizəni dayandıran “Jilina” indi bütün diqqətini Slovakiya çempionatına hazırlığa yönəldib. “Sarı-göylər” təlim-məşq toplanışı çərçivəsində “Trabzonspor”la yoxlama oyunu keçirib. Slovakiyanın paytaxtı Bratislavada baş tutan görüşdə qaradənizlilər 4:3 hesabıyla qələbə qazanıb. Ramil Şeydayev ikinci 45 dəqiqədə forma geysə də, müqavilə ilə məxsus olduğu klubu məyus edə bilməyib.
Sequndanın yeni mövsümünə hazırlaşan “Kadis” də yoxlama oyunu keçirib. “Sarı-göylər” “Mar Menor”la heç-heçə edib - 3:3. Hazırlıq matçlarında özünü yaxşı tərəfdən göstərən Eddi İsrafilov bu görüşdə fərqlənə bilməsə də, 90 dəqiqə forma geyib. Görünür, yığma üzvü tədricən “Kadis”in əsas heyət oyunçularından birinə çevrilməkdədi.
“Anji”də çıxış edən Ayaz Quliyev “Sovetski sport”a verdiyi müsahibədə yığmamızdan təklif aldığını növbəti dəfə qeyd edib. 22 yaşlı yarımmüdafiəçi bildirib ki, hələlik qərar verməyə tələsmir: “Mənimlə dəfələrlə əlaqə saxlayaraq Azərbaycan yığmasına dəvət ediblər. Hazırda da Azərbaycan millisinə çağırırlar. Hələlik heç bir cavab vermirəm. İndi əsas olan Rusiya premyer-liqasında oynamaq və möhkəmlənməkdi. Sonrasına baxarıq”.
Qeyd edək ki, Quliyev müqavilə ilə Moskva “Spartak”ına məxsusdu və “Anji”də icarə əsasında çıxış edir. O, Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarında forma geyib. Yarımmüdafiəçi U-21-in heyətində 15 matça çıxıb və 2 qol vurub.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR