Sizin reklam burada

Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi

Baxış Sayı:1 471

Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi
Dünən AFFA-nın baş katibi Elxan Məmmədov və qurumun texniki direktoru Bernard Lippert “Qaravağ”ın yeni açılan fanşopuna baş çəkərək, alış-veriş ediblər. Elxan bəy klubun rəsmi saytına fanşop haqda fikirlərini bildirib: "Qarabağ"ın fanşopunun açılmasınl görmək olduqca xoşdu. Məhsullarla yaxından tanış oldum. Sevindirici haldı ki, burda fərqli təbəqələrə xitab edilən müxtəlif və rəngarəng geyim növləri var. Uşaqdan böyüyə hər kəs nəinki idman geyimləri, eyni zamanda gündəlik həyatda da rahat istifadə edə biləcəyimiz məhsullar əldə edə bilər. Qiymətlər də çox uyğundu və mən də bir neçə bəyəndiyim geyimi rahat aldım. Dizaynlar olduqca xoşagələndi. İnanıram ki, axşam stadionda "Qarabağ" azarkeşlərinin əyinində bu geyimlərdən görə bilərik. "Şerif"lə qarşılaşmada "Qarabağ"a uğurlar arzulayıram".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR