Sizin reklam burada

Vaqif Davudov Operativ Qərargahın icazəsini gözləyir

Baxış Sayı:427


Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) təşkilatçılığı ilə həvəskarlar arasında keçirilən payız/yaz birinciliyini də məlum səbəbdən davam etdirmək mümkün olmur. BKFF prezidenti Vaqif Davudovun dediyinə görə, yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsindən sonra və AFFA rəhbərliyinin məsləhət gördüyü vaxtda oyunlar başlayacaq: “Hazırda Ramazan ayı da davam edir. Bu müqəddəs ayda ibadət edirik, epidemiyanın dünyamızdan uzaqlaşmasını diləyirik. Prezidentin yaratdığı şərait, diqqəti nəticəsində çox şükür, virus ölkəmizdən uzaqlaşmaqdadı. Həmçinin yardıma ehtiyacı olan insanlar üçün xeyriyyə işləri davam edir. Hörmətli yarış iştirakçıları və digər futbolsevərlər, sizə Allahdan səbr və kömək diləyirəm”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR