Sizin reklam burada

Türk agent Vüsal İsgəndərlini Avstriyaya aparmaq istəyir

Baxış Sayı:417


“Mövqeyimizi əldən versək, hər şeyi koronavirusun üstünə atmamalıyıq”
Premyer-liqada koronavirus pandemiyası səbəbindən yaranan fasilə futbolçulara psixoloji sarsıntı ilə yanaşı, fiziki olaraq da ciddi problemlər yaşadır. Düzdü, klublar onlayn məşqlər təşkil edir, mümkün qədər oyunçuların formasını qorumağa çalışır. Ancaq hər dəfə özlərinin açıqlamalarından da görürük ki, bu hazırlıq istənilən effekti vermir. Bu vəziyyətə görə ən çox heyfsilənənlər isə uğurlu çıxış edən komandalar və onların formada olan futbolçularıdı. Belə klublardan biri də “Keşlə”di. “Qırmızılar” ötən mövsüm sonuncu olsalar da, bu il avrokuboklar uğrunda mübarizə aparırlar. Hazırda 3-cü pillədə qərarlaşan paytaxt klubu hədəfə çatmağa yaxındı. Komandanın əsas oyunçularından biri isə Vüsal İsgəndərlidi. Milli komandanın üzvü performansı ilə diqqətləri üzərinə çəkməyi bacarıb. 24 yaşlı forvardla komandanın fasilədən sonrakı çıxışı və gələcək karyerası ilə bağlı söhbət etdik.
- Təxminən iki aya yaxındı fasilədi. Bu müddətdə formanı necə qorudun?
- Tərlan Əhmədovun və fiziki hazırlıq üzrə məşqçimiz Əli Muradovun başçılığı ilə onlayn məşqlər edirdik. Sağ olsunlar, formada qalmağımız üçün davamlı çalışırdılar. Bununla yanaşı, fərdi məşqlər də çox etdim. Çalışırdım ki, səhər və axşam qaçım, formamı qoruyum. Problem yalnız topla çalışa bilməməkdi. Yəqin ki bir müddət bunun çətinliyini çəkəcəyik. Ancaq məşqlərə başlasaq, bu da aradan qalxacaq.
- Böyük fasilədən sonra oyunlara hazır olmaq üçün komanda ilə nə qədər məşq etmək bəs edəcək?
- Məncə, iki-üç həftə vaxt lazımdı ki, tam hazır vəziyyətə gələk. Formaya düşmək baxımından bu vacbdi. Bundan sonra isə bir-iki oyun keçirəcəyik və hər şeyin yerini tutacağını düşünürəm. Məncə, iki-üç həftə bəs edəcək bizə.
- Komanda pis çıxış etmirdi, 3-cü pillədə qərarlaşıb. Enişin yaşanacağından ehtiyatlanmırsız?
- Sözsüz, hazırkı mövqeyimizi əldən vermək istəmirik. Ancaq nəzərə alaq ki, hamı bu vəziyyətdədi. Məncə, burda artıq xarakter göstərmək lazımdı. Yalnız bununla yaxşı vəziyyətə gələ bilərik. Komandaya inanıram. Əminəm ki, bu fasilədən də səmərəli istifadə edəcəyik. Ancaq bu səbəbdən avrokuboklara gedə bilməsək, enişə keçsək, əziyyətimizə heyfimiz gələr. Bu qədər məşq etmişik, çalışmışıq, amma hansısa bir xəstəliyin ucbatından hədər gedir… Təbii ki, bu çox ağır olar. Amma mövqeyimizi əldən versək, hər şeyi koronavirusun üstünə atmamalıyıq. Bu o demək olacaq ki, komanda şəklində hazır olmamışıq. Ancaq mən əminəm ki, daha yaxşı qayıdacağıq.
- Mayın 4-də karantin rejimi uzadılsa, premyer-liqanın ləğvi də gündəmə gələ bilər. Buna münasibətin necə olar?
- İnanın ki, hamı futbolsuz darıxır. Bu dəqiqə ancaq futbol oynamaq barədə düşünürük. Yalnız çempiontın bərpa olunmasını gözləyirik. Düzdü, nəticə bizi qane edə bilər, avrokuboklara vəsiqə qazanacağıq. Yenə də istəyərik ki, axıra kimi oynayaq.
- Çempionatın azarkeşsiz davam edəcəyi açıqlanıb. Hər nə qədər bizdə stadionlar dolu olmasa da, komandalara müəyyən qruplar tərəfindən dəstək olur. Onların yoxluğu çıxışınıza necə təsir edər?
- Təbii ki, çıxışımıza təsir edəcək. Biz istəyirik ki, stadionlarda onların səsi gəlsin, daim bizimlə olsunlar. Az-çox fərq etmir, dəstəklərini hiss edirik. İnanın, elə oyunlar olur ki, sırf azarkeşlərin dəstəyi ilə qalib gəlirik. Bizə kifayət qədər motivasiya verirlər.
- Koronavirusun klublara maddi ziyan vurduğu deyilir. Maaşlarınızın azaldılması təklif edilsə, razılaşarsan?
(yazı tam halda qəzetin çap variantında)
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR