Sizin reklam burada

“SOCAR ciddi maliyyə itkiləri ilə üzləşsə, klublara ayrılan büdcədə azalma olacaq”

Baxış Sayı:345


Samir Abasov enişin qaçılmaz olduğunu düşünür
Samir Abasov yeni məşqçi nəslinin istedadlı nümayəndələrindən biri sayılır. Ötən ilin noyabrında “Zirə”dən ayrılandan sonra adı bəzi klublar və müxtəlif yaş qrupu üzrə yığmalar ilə yanaşı hallansa da, PRO kateqoriyalı 41 yaşlı çalışdırıcı hələ də özünə yeni iş yeri tapmayıb. İşsiz günlərini necə keçirdiyini öyrənmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Abasovu aradıq.
- Karantində qalmaq çətin deyil?
- Hamı necə, mən də elə.
- Adam var karantində qalmağına sevinir və illərin yorğunluğunu çıxardığını deyir. Adam da var çox darıxır. Siz hansı qrupa aidsiz?
- Məni darıxanlar qrupuna yazın (gülür). Həqiqətən də iki aya yaxın təcrid şəraitində qalmaq mənim üçün çətindi. Uzun illər çöldə-bayırda olan birinin indi günlərlə evdə qalması psixoloji cəhətdən də ağırdı. İstər futbolçu, istərsə də məşqçi kimi evdə az-az tapılırdım. Ancaq indi məcburiyyətdən çöl-bayıra həsrət qalmışam.
- Bəs günü necə keçirirsiz?
- Həyətdə bəzi işlər görməklə başımı qatıram, uşaqlarla günümü keçirirəm. Hərdən oğlumla həyətdə məşq də edirik. Telekanallarda köhnə oyunları izləməklə günü başa vurmağa çalışıram. Məsələn, dünən 1998-ci ildə keçirilən dünya çempionatı çərçivəsində Yuqoslaviya – Almaniya matçını izlədim. Çox ləzzət etdi. Bir neçə gün öncə isə Kiyev “Dinamo”su ilə “Barselona”nın oyununa baxdım. Başqa nə iş görüm?!
- Heç evdən bayıra çıxmısız bu müddətdə, dost-tanışla görüşmüsüz?
- Ancaq zərurət yarananda küçəyə çıxıram. Alış-veriş üçün marketə gedirəm. Arada balaca xəstələnmişdi, onu həkimə apardım. Dost-tanışla görüşüb hara gedək? Hər tərəf bağlıdı. Uşaq deyilik ki, bir tində dayanıb söhbət edək. Tez-tez telefonla danışırıq, lazım olanda nəyisə müzakirə edirik. İnşallah, koronavirus çəkilib gedər, biz də dostlarla görüşüb doyunca söhbətləşərik, hardasa oturub çay içərik.
- Yəqin ki Peşəkar Futbol Liqasının qərarından xəbəriniz var. Mayın 4-də karantin aradan götürülsə, premyer-liqa qaldığı yerdən davam edəcək və mayın 23-də 21-ci turun oyunları keçiriləcək.
- Bəli, qərarla tanışam. İnşallah, ümid edirəm ki, hər şey yaxşılığa doğru dəyişəcək və çempionatı başa çatdırmaq mümkün olacaq.
- PFL-in qərarına əsasən kubokun yarımfinal qarşılaşmaları və final görüşü çempionat başa çatandan sonra keçiriləcək. Sizcə, bu düzgündü?
(yazı tam halda qəzetin çap variantında)
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR