Sizin reklam burada

“Qarabağ” azarkeşləri 6 evdən hansını seçdi?

Baxış Sayı:289


“Qarabağ”ın “feysbuk” səhifələrindən biri karantin rejiminə özünəməxsus zarafatla rəng qatıb. Belə ki, səhifədə istifadəçilərə “karantini hansı evdə keçirmək istərdin” sualı ünvanlanıb. “Qarabağ”ın dünənində və bugünündə adı olan 24 nəfər şərti 6 evə yerləşdirilib. Beləliklə, 1-ci ev – İbrahim Şehiç, Maksim Medvedev, Ansi Aqolli, Filip Ozobiç; 2-ci ev – Asmir Beqoviç, Qurban Qurbanov, Mahir Əmrəli, Riçard Almeyda; 3-cü ev – Samuel Armenteros, Aylton, Vaqner, Qara Qarayev; 4-cü ev – Xayme Romero, Dino Ndlovu, Bədavi Hüseynov, Reynaldo; 5-ci ev – Miçel, Rəşad Sadıqov, Abdulla Zubir, Dani Kintana; 6-cı ev – Yakub Jezniçak, Pedro Enrike, Rahil Məmmədov, Admir Teli.
Qurban Qurbanovun da “içində olduğu ev” 5-ci evi cüzi fərqlə qabaqlayıb.
Yeri gəlmişkən, elə həmin səhifə “eksklüziv” yarlığı altında əsas oyunçularından Zubirlə bağlı aşağıdakı xəbəri yayıb: “Abdulla Zubirin "Qarabağ"dakı taleyinə aydınlıq gəlib. Zubir "göy-ağlar"ın ona təklif etdiyi yeni müqavilə təklifini qəbul edib. Özünü Ağdam klubunda rahat hiss edən fransalı futbolçu mövsümün sonunda yeni müqaviləyə imza atacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR