Sizin reklam burada

Bəs Region Liqası?

Baxış Sayı:420

Bəs Region Liqası?
Mayın 4-də karantin rejimi uzadılmayacağı halda 21-də birinci dəstədə, 23-də isə premyer-liqada çempionatın qaldığı yerdən davam edəcəyindən xəbəriniz var. Bununla bağlı srağagün PFL xəbər yayıb. AFFA-nın təşkil etdiyi və 19 yaşa qədər futbolçuların mübarizə apardığı Gənclər Liqası isə mayın 20-də bərpa olunacaq. Xatırladaq ki, bu liqanın qalibi ölkəmizi UEFA Gənclər Liqasında təmsil etmək hüququ qazanır.
Bəs görəsən, Region Liqasında komandalar nə vaxt meydana çıxa biləcəklər? Tarix və təqvim müəyyənləşib? Bu suala cavab tapmaq üçün Region Liqasının İşçi Qrupunun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevi aradıq: “Mayın 4-nü gözləyiik. Karantin rejimi aradan qaldırlsa, Region Liqasında da çempionat bərpa olunacaq. Çempionatın hansı tarixdə başlaması ilə bağlı müzakirələr aparılır. Bir neçə variant var. Lakin indi bu haqda hansısa aşıqlama verməyim düzgün olmaz. Bununla bağlı nəsə söyləsəm, sonradan anlaşımazlıq yarana bilər. Çalışırıq ki, tarix müəyyənləşdirərkən bütün komandaların durumunu nəzərə alaq. Yarışın formatının dəyişdirilib-dəyişdirilməyəcəyinə gəlincə, bu daha çox bərpa tarixindən asılıdı. Yenə deyriəm, mövsümün başa çatdırlması ətrafında bir neçə variant nəzərdən keçirilir. Bütün suallara mayın 4-dən sonra aydınlıq gələcək”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR