Sizin reklam burada

Mendi, Dodo, Dabo...

Baxış Sayı:480


"Qəbələ”nin indiyə qədər Azərbaycan çempionatında vurduğu qollara 106 futbolçu imza atıb. Komandanın ən məhsuldar futbolçusu Viktor Mendidi.
O, ölkə çempionatında 29 qol vurub. Seneqallı hücumçunun ən yaxın izləyicisi Dododu. Braziliyalı legioner rəqib qapılarına 23 dəfə yol tapıb. Daha bir futbolçu 20 qol həddinə çatıb ki, bu da fransalı Baqali Dabodu.
Ümumiyyətlə, “Qəbələ”nin premyer-liqadakı çıxış tarixində 15 futbolçu 10 və ya daha çox qol vurmaqla bombardirlik bacarığını nümayiş etdirib. Bunlardan 11-i legioner, 4-ü yerli oyunçudu. Sonuncular arasında rekord Cavid Hüseynova məxsusdu. Hazırda “qırmızı-qaralar”ın heyətində çıxış edən Asif Məmmədov da siyahıda yer alıb. Onun hesabında 10 top var.
1. Viktor Mendi - 29
2. Dodo - 23
3. Baqali Dabo - 20
4-5. Filip Ozobiç - 16
Yannik Kamanan - 16
6-9. Cavid Hüseynov - 15
Stiven Jozef-Monroz - 15
Daniel Subotiç - 15
Deon Barton - 15
10. Aleksey Qay - 14
11-12. Kənan Kərimov - 11
Vitali Balamestnı - 11
13-15. Asif Məmmədov - 10
Samir Zərgərov - 10
Ceyms Adeniyi - 10

Oxşar xəbərlər
SON XƏBƏRLƏR