Sizin reklam burada

APOEL ilə oyunun biletləri satışa çıxarıldı

Baxış Sayı:225

APOEL ilə oyunun biletləri satışa çıxarıldı
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Cənubi Kipr təmsilçisi APOEL ilə keçirəcəyi oyunun biletləri bu gün satışa çıxarılıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri 12.00-dan etibarən almaq mümkün olacaq. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (i-Ticket satış məntəqəsi), “Park Bulvar AVM” (i-Ticket satış məntəqəsi) ASAN 2, 3 (Yasamal, “Amay” ticarət mərkəzi) və iticket.az saytından onlayn şəkildə əldə etmək mümkündü.
Xatırladaq ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20.55-də başlayacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR