Sizin reklam burada

Mərkəzi oyun canlı yayında

Baxış Sayı:322

Mərkəzi oyun canlı yayında
Martın 29-da futzal üzrə yüksək liqanın növbəti turu baş tutacaq. Bakı İdman Sarayında təşkil olunacaq 23-cü tur çərçivəsində cəmi iki oyun olacaq. “Yasamal” MFK mübarizəni dayandırdığına görə “Ekol” “tər tökmədən” 3 xala sahib çıxacaq. Onu da vurğulayaq ki, “şirkət təmsilçisi” ötən turda da “məcburi istirahət etmişdi”.
Tura “Xəzər Cənub” – “Araz” oyunu ilə start veriləcək. Lənkəranlılarla cari mövsümdə 3 dəfə qarşılaşan və son iki oyunda xal itirən çempion liderliyini möhkəmləndirmək üçün qalib gəlməlidi. “Xəzər Cənub” isə qələbə qazanmaqla “Ekol”u 3-cü pillədən sıxışdırmağa köklənib. Qeyd edək ki, turun mərkəzi oyunu “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq. Günün ikinci qarşılaşmasında isə liderin ən yaxın izləyicisi olan “Neftçi” “Yasamal” İSK-nı sınağa çəkəcək. “Araz” xal itirsə, Hacıbala Abdullazadənin komandası liderlə xal fərqini əlçatana endirəcək.
23-cü turun oyunlarına hakim təyinatlarını nəzərinizə çatdırırıq:
Xəzər Cənub – Araz
Hakimlər: Rahin Heybətov, Mehman Mahmudov, Elmir Quluzadə.
29 mart. Bakı İdman Sarayı. Saat 14.30
Yasamal İSK – Neftçi
Hakimlər: Anar Fərəcov, Elvin Ağayev, İsgəndər Əliyev.
29 mart. Bakı İdman Sarayı. Saat 16.30
1. Araz 19 14 4 1 142-41 46
2. Neftçi 19 13 1 5 111-56 40
3. Ekol 18 12 3 3 166-52 39
4. Xəzər Cənub 19 11 3 5 187-62 36
5. Yasamal MFK 19 6 1 12 95-102 19
6. Liman 19 2 0 17 63-252 6
7. Yasamal İSK 19 2 0 17 63-260 6
Bombaridlər: Hadi Rizvan (Xəzər Cənub) – 67, Namiq Məmmədkərimov (Ekol) – 49, Xətai Bağırov (Araz) – 28.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR