Sizin reklam burada

Cümhuriyyət bayramına haram qatdılar

Baxış Sayı:2 286

Cümhuriyyət bayramına haram qatdılar
Beş peşəkar futbolçu Milli Məclisdə oturur?!
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan beynəlxalq futbol turniri dünən başa çatıb. Azərbaycan, Latviya, Polşa, Türkiyə və Ukraynadan olan millət vəkilləri “İnter Arena”da qalibi müəyyənləşdiriblər. Qəzetimizin əvvəlki sayında Azərbaycanın finala çıxdığını, Ukrayna ilə Türkiyənin isə digər finalçının adına aydınlıq gətirəcəyini xəbər vermişdik. Bəli, türkiyəli qardaşlarımızı 4:2 hesabıyla məğlub edən ukraynalılar dünən saat 12-də başlayan həlledici bizimkilərə məğlub olub. Veteran futbolçular Əli Abışovla Musa Qurbanovun vurduğu qollar təmsilçimizin 2:1 hesablı qələbəsini təmin edib. Hüseyn Məhəmmədovun komandamızın qapısını qoruduğunu da qeyd edək. Bu üç futbolçu ilə kifayətlənsəydilər, dərdyarı. İş ondadı ki, Mehman Yunusovla Vasif Haqverduyev də qalib komandanın heyətində olub. Bizi iki məqam maraqlandırır: görəsən, kuboku və qalib üçün nəzərdə tutulan medalları qəbul edən parlament komandamız beş peşəkar futbolçunun xidmətindən yararlandığına görə vicdan əzabı yaşadımı? İkinci məqam: parlaq Cümhuriyyət idellarına bu şəkildə ləkə yaxmağa, gözə kül üfürməyə dəyərdimi?
HUŞƏNG

Oxşar xəbərlər
SON XƏBƏRLƏR