Sizin reklam burada

“Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək

Baxış Sayı:576

“Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək
Ötən sayımızda “Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi Anton Diaçenko ilə yolları ayırdığını xəbər vermişdik. Onu da bildirmişdik ki, İntizam Komitəsi tərəfindən 10 oyun cəzalanan və 8 min manat cərimələnən mütəxəssis artıq Ukraynaya qayıdıb və vətənində yeni klubla anlaşıb.
Diaçenko ilə vidalaşan “kimyaçılar” da bu arada boş oturmayıb. Kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, rəhbərlik boş qalan yerə yeni mütəxəssis dəvət edib. O da Diaçenkonun həmyerlisidi və Ukrayna klublarında çalışıb. Mənbəmiz onu da bildirdi ki, yeni fiziki hazırlıq üzrə məşqçi artıq “ağ-göylər”in baş məşqçisi Nazim Süleymanovla görüşüb. Onunla bu həftə müqavilə bağlanılacaq.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR